İran İslam Respublikasının 2 Azərbaycan vətəndaşını azad etməsinə rəğmən Az.R-sı hökumətinin İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlını azad etməkdən çəkinməsi ...
/Aran Agentliyi
İran İslam Respublikasının 2 Azərbaycan vətəndaşını azad etməsinə rəğmən Az.R-sı hökumətinin İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlını azad etməkdən çəkinməsi İran medialarının ciddi narazılığına səbəb olub. Bu narazılıq Bakıda çıxan “Yeni Müsavat” qəzeti tərəfindən işıqlandırılıb.
Yeni Müsavat qəzeti bəzi İran medialarına o cümlədən Aran Nyus saytına istinadla yazıb: İranda casusluqda ittiham edilən 2 Azərbaycan vətəndaşının sərbəst buraxılmasından bir saat sonra rəsmi Bakı İranın Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlının azad edilməsi ilə bağlı qərarını dəyişərək, İranın bu dost hərəkətinə ağız büzdü.
Yeni Müsavat əlavə edib: Azərbaycan Respublikasının bəzi mətbuat orqanları rəsmi mənbələrə istinadla Anar Bayramlının azad edilməsi xəbərini yaymışdılar. Lakin, bir neçə saat sonra, İranın vitse-prezidenti habelə, İranın mədəni irs, əl işləri sənayesi və turizm təşkilatı sədrinin Bakıya olan səfəri ilə bir vaxtda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Anar Bayramlının azadlığı ilə bağlı xəbərləri təkzib etdi.
Yeni Müsavat sonda İran saytlarına istinadla yazıb: İranın onlarla media təmsilçisi, siyasi fəalları və ölkə rəsmiləri habelə, İslam Şurası Məclisinin üzvləri , mədəniyyət naziri, xarici işlər naziri müavini və İslam İnqilabının Böyük Rəhbərinin baş müşaviri cənab Vilayəti Anar Bayramlının həbsdə saxlanılmasının iki ölkə əlaqələrinə mənfi təsir buraxacağını bildiriblər.