Tarix : 2012 Sep 12
Kod 32655

Quba inqilabçıları Ziya Məmmədovu günahlandırıblar

Quba rayon məhkəməsində mühakimə olan qubalılar sabiq icra başçısı Rauf Həbibovun nəqliyyat naziri Ziya Məmmədova arxalanaraq ...
/Aran Agentliyi

Quba rayon məhkəməsində mühakimə olan qubalılar sabiq icra başçısı  Rauf Həbibovun nəqliyyat naziri Ziya Məmmədova arxalanaraq qubalıları təhqir etməsi və buna əhalinin etiraz etdiyi məhkəmənin diqqətinə çatdırılıb.

Prosses zamanı mətbuat nümayəndələri   “yer yoxdur” bəhanəsi ilə məhkəmə zalına buraxmayıblar.

Məhkəmə nəzarətçiləri bunu hakimin göstərişi ilə həyata keçirdiklərini söyləyiblər.

Məhkəmə qarşısına çıxarılan Fərhad Abdurrəhmanov, Samir Xammədov, Alxas Danyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov və Səxavət Ələsgərov proses zamanı özlərini ittiham üzrə günahkar olmadığlarını vurğulayıblar.

Təqsirləndirilən şəxslərə İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə , hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, əmlakı qəsdən məhv etmə və sairə  maddələri ilə ittiham elan olunub. “Quba işi”  rayonda  xalqın geniş etirazlarından sonra  başlanılıb.

 

 

  • Yazılıb
  • da (də) 2012 Sep 12