/Aran Agentliyi
Hacı İlqar Əliyevin məhkəməsi keçirilib
HaqqYolu - Ötən gün (11 sentyabr) səhər saatlarında Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi keçirilib.
Bundan əvvəlki məhkəmə prosesində 8 şahiddən 4-ü dindirilib. Bu məhkəmədə isə bir nəfər dindirilib. Məhkəməyə çağırılmış digər şəxs isə məhkəmə iclasında iştirak etməyib.
Məhkəmə iclasında şahidin ifadəsinin yalan olmasına etiraz edən ruhani deyib: "Dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun".
Növbəti məhkəmə iclasının keçirilmə tarixi barədə heç bir məlumat verilməyib.(islamazeri)