O Həzrət İmam Hüseyn (ə) kimi qiyam etməsə də, mübarək ömrünün sonunadək zülmə boyun əyməyib zalım və onun ittihamları qarşısında qürurla çıxış etdi
m/Aran agentliyi
Bu mövzu ilə bağlı AİP-in sədr əvəzi, ruhani alim Elçin Manafovun İslaminsesi.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Hacı, bildiyinizə görə bu gün İmam Sadiq(ə)-ın şəhadəti günüdür. Mövzu ilə əlaqədar fikirlərinizi bilmək istərdik. Siz siyasi partiyada fəaliyyət göstərməyinizlə bərabər, həm də cəmiyyətdə bir ruhani kimi tanınırsınız. Mümkünsə İmam Sadiq (ə)-ın şəhadəti haqqında qısa məlumat verəsiniz.
- Ruhaniliyimlə bağlı münasibətimi bildirim ki, əgər buna layiq görünürümsə mənim üçün böyük iftixardır.
Əlbbətdə, Həzrəti İmam Cəfər Sadiq (ə) hicri-qəməri tarixi ilə 148-ci ilin şəvval ayının 25-i, yəni bu günkü gündə Mənsur Dəvanəqi lənətliyin tərəfindən ona verdiyi zəhərli üzüm vasitəsilə şəhadətə yetirilmişdir. O vaxt İmamın 65 yaşı vardı.
- İmam Cəfər Sadiq(ə)-ın şahadəti ilə bağlı daha nə deyə bilərsiniz?
- Rəhmətlik Şeyx Səduq Əbu Bəsirdən rəvayət edilir ki, İmam (ə)-ın kənizi Ümmü Həmidəyə başsağlığı verdiyimdə o xanımın ağlamasını görüb özümü saxlaya bilmədim. Məni bu halda görüb buyurdu:” Ey Əbu Muhamməd kaş Həzrəti vəfat edən vaxt görəydin. Mübarək gözlərini açaraq dedi: “Mənim qohum və yaxınlarımın hamısını yanıma çağırın” Hamı yığıldıqda İmam(ə) onlara tərəf nəzər salıb buyurdu:” Bilin ki, bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməyəcək” Nəticə alırıq ki, İmam Sadiq (ə) son nəfəsində belə, namazın nə dərəcədə əhəmiyyətli olmasını yetirir.
- Siz siyasi partiyada olduğunuzdan istərdim İmam(ə)-ın həyatındakı siyasi motivlərə də toxunasınız.
- Ümumiyyətlə başda Peyğəmbər (s) olmaqla bütün məsumların həyatı dünya və axirət işimizdən ötrü ibrət və nümunədirlər. O cümlədən İmam Sadiq(ə)-ın həyatında siyasi motivlər çoxdur: Əgər Xalifə Mənsur Dəvaniqinin İmama etdiyi zülmlər haqqda mütaliə etsək görərik ki, Həzrət səbr, təmkin göstərərək xəlifənin zülmləri qarşısında zərrə qədər sarsılmamış, hətta hər dəfə onu ölümlə hədələdikdə baş ucalığı və qürurla zalım xəlifənin layiqli ittihamlarına cavab vermişdir. Deyilənə görə azından 5 dəfə zalım xəlifə Onu öldürmək qərarına gəlsə də, hər dəfə ya İmamın öz rəftarı və ya Həzrətdən gördüyü möcüzələrdən xoflanaraq onu öldürməkdən vaz geçmişdir.
- Gündəmdə olan, xüsusən də islamçıların böyük marağına səbəb olan suallardan biri də dövrümüzün hansı imamın zamanı ilə uyğun olmasıdır. Bir çoxları İmam Hüsüyn(ə), digərləri İmam Həsən(ə), bəziləri isə elə İmam Sadiq (ə)-ın dövrü ilə uygun olduğunu deyir. Siz necə düşünürsünüz?
- Əvvəldə dediyim kimi, bütün Məsum(ə)-lar bizə örnəkdirlər. Öz sözləri ilə desək, hamısı eyni nurdurlar. Əgər Onların həyatını mütaliə edib düzgün nəticələr çıxarda bilsək, yaranmış situasiyalara düzgün tətbiq edə bilsək,heç bir çətinlik qarşısında aciz qalmaz, ən düzgün nəticəyə də nail ola bilərik. Təki bildiklərimizəəməl edənlərdən olaq. O Həzrət İmam Hüseyn (ə) kimi qiyam etməsə də, mübarək ömrünün sonunadək zülmə boyun əyməyib zalım və onun ittihamları qarşısında qürurla çıxış edib və baş ucalığı ilə şəhadət şərbətini içib.( islaminsesi)