/Aran Agentliyi
Bununla bağlı layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə yeni hüququn bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı olacağını deyib.
Belə ki, müvafiq layihə qəbul olunduqdan sonra bələdiyyələr heç bir qurumun müdaxiləsi olmadan öz qərarı ilə ərazidə yaşayan vətəndaşlara 11 aylıq müddətə torpaq icarəyə verə biləcək.
Məsələ yaxın vaxtlarda MM-in Regional məsələlər komitəsinin iclasında müzakirə olunacaq.
APA