/Aran Agentliyi
Sentyabrın 12-də Sabirabad Rayon Məhkəməsi hüquq müdafiəçisi, "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Məlumatı “Azadlıq” radiosu yayıb.O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ilə təqsirli bilinib.Məhkəmədə İlham Əmiraslanov ittihamları qəbul etməyib, bildirib ki, silahı onun üzərinə qəsdən atıblar. O, istintaqdakı etirafları işgəncə altında etdiyini vurğulayıb.2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həll olunması, təsirə məruz qalan vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərən hüquq müdafiəçisi İlham Əmiraslanov 2012-ci ilin iyunun 8-də saxlanılıb.
islamazeri.az