Şeyx Məhəmməd Xiyabaninin mücahidliyi və onunTəbriz mərkəz olmaqla islami İran inqilabı İran və Azərbaycan regionunun ən önəmli tarixi bir dönəmidir
/Aran Agentliyi
Şeyx Məhəmməd Xiyabaninin mücahidliyi və onunTəbriz mərkəz olmaqla islami İran inqilabı İran və Azərbaycan regionunun ən önəmli tarixi bir dönəmidir. O, vətənpərvər və İran təəssüblü bir ruhani olaraq Milli Şura Məclisinin 2 və 4-cü dövrəsində Təbriz əhalisinin nümayəndəsi seçildi. Ali Məqamlı Rəhbər də 1370-ci ildə Təbrizə səfərində Şeyx Məhəmməd Xiyabaninini mübariz qəhrəman və azadə ruhani kimi xatırladı.
İran İslam Respublikasının məşrutə dövrünün mübarizələrinə yenidən baxmasına səbəb Azərbaycan Respublikasının siyasətçilərinin Şeyx Məhəmməd Xiyabanini separatçı və onun qiyamını regional sadə bir üsyan kimi tanıtdırmaları oldu. Halbuki, Şeyxin fəaliyyət və mübarizələrinə diqqət etdikdə, onun qiyamının İslam ruhlu, dərin dini təfəkkürlü və istismarçılığa qarşı olduğu başa düşülür. Azərbaycan dövləti uzun müddətli bir proqramla bu ölkə xalqının övladlarının zehnini əvvəldən öz xeyrinə olan saxta tarixlə doldurmaq istəyir. Bu köhnə çar sisteminin siyasətinin proqramı əsasındadır ki, Azərbaycan dövləti "Ata Yurdu" kitabının redaktəsini himayə etməklə özü üçün müstəqil bir tarix yaratmaq istəyir. Diqqəti çəkən məsələ bir çox iranlı şəxsiyyətlərin bu kitab tərəfindən oğurlanmasıdır və onların şüar və funksiyalarını saxtalaşdırmaqla özləri üçün yeni tarix toxumaq fikrindədirlər. Məsələn bu kitabın 6-cı sinif üçün tədris edilən hissəsində Şeyx Məhəmməd Xiyabani barədə yazılıb: "Azərbaycan xalqının İranın zülmü qarşısında müxalifətlərindən biri də 1920-ci ildə Təbrizdə xalqımızın qəhrəman oğlu Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə oldu."
Şeyx Məhəmməd Xiyabaninin qiyamının mahiyyəti onun Təbrizdəki çıxışlarının birində özünü aşkar edir: "Təbriz istəyir ki, hakimiyyət xalqın əlində olsun. Hal-hazırda bütün İran öz halı ilə bunu istəyir. Hər vaxt Tehran bu tələbdən boyun qaçırsa, biz İranı öz üslubumuzla yenidən quracayıq. Biz deyirik ki, İranın hər bir yerində gərək demokratik hakimiyyət icra edilsin".
Əlbəttə, Azərbaycan Respublikası tərəfindən İranın məşhurlarının oğurlanması Şeyx Məhəmməd Xiyabani ilə bitmir və təkcə elə həmin "Ata Yurdu" kitabında Mövlana, Səttarxan, Baqirxan, Şəhriyar, Nizami və digərləri də hücuma məruz qalıb.
Azərbaycanın bir sıra mediasının hay-küyünü və Şeyx Məhəmməd Xiyabaninin çöhrəsini ləkələmək istəmələrini heçə çıxırdacaq və tarixi saxtalaşdırmaq istəyənlərə dərs olacaq bir sənəd də onun qəbir daşına həkk olunmuş bir cümləsidir: "Bütün İran xalqı ilə əl-ələ verib ölkəmizi məhv olmaqdan nicat verəcəyik".