Tarix : 2012 Sep 12
Kod 32675

Ərdoğan Bakıda

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının II toplantısına qatılmaq üçün Azərbaycana gəlib
/Aran Agentliyi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının II toplantısına qatılmaq üçün Azərbaycana gəlib.

R. T. Ərdoğan və Türkiyə nümayəndə heyəti Qəbələ hava limanında Azərbaycan prezidenti İlham Əliyev və Mehriban Əliyeva tərəfindən qarşılanıb.

Qəbələdə əvvəlcə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında 1 saat davam edən təkbətək görüş keçirilib.

Daha sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II toplantısı başlayıb.

Rəsmi Ankara  son aylarda  rəsmi Bakının  ucuz qiymətlə  Türkiyəyə  gaz nəğlini davam etdirməyə dair  sazişə  imza atmasına  müvəffəq  olmuşdur. İndi isə  rəsmi  Ankara stratejik tərəfdaşlıq dialoqu çərçivəsində rəsmi  Bakıdan  türk vətəndaşlarına  viza rejiminin ləğvini  tələb edir. Bu belə  bir  haldadır ki, üç il bundan əvvəl rəsmi  Ankara ilə  rəsmi  İrəvan  arasında məxfi  protokolların  imzalanması  Türkiyə ilə  Azərbaycan Respublikası  arasında  soyuqluğa  səbəb olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Sep 12