Bu günlər Azərbaycan Respublikasının islamçıları ilə bağlı məsələlər bu ölkə mətbuat və virtual aləminin əsas xəbər mövzusuna çevrilib
g/Aran agentliyi
Bu günlər Azərbaycan Respublikasının islamçıları ilə bağlı məsələlər bu ölkə mətbuat və virtual aləminin əsas xəbər mövzusuna çevrilib. Əlbəttə, bu informasiya vasitələrinin hər birinin bu məsələyə yanaşması da müxtəlifdir. Amma bu arada diqqəti çəkən Azərbaycan Təhlükəsizlik Nazirlyinə bağlı nəşriyyat və internet saytlarıdır. Belə ki, bu informasiya mərkəzləri islamçılar arasında ixtilaf yaradan mövzular seçmək və bəzi əsassız xəbərləri yaymaq, ya məsələni şişirtmək yaxud saxta xəbər quraşdırmaq yolundan istifadə etməklə özlərini dəstəkləyən orqanların siyasətlərini icra etməyə çalışırlar. Bu yayılan xəbərlər arasında Azərbaycan İslam Partiyasının daxilində ixtilafın olması və partiyanın buraxılması barədəki mövzular xüsusi yer tutur. Məsələ ilə bağlı aşağıdakı nöqtələr diqqəti çəkəndir:
1. AR MTN yüzə yaxın ruhani və dindarın həbsinə səbəb olan güc tətbiqinin ardınca onlara qarşı psixoliji müharibə aparması bu nazirliyin islamçıların, əsasən də AİP-in gücündən qorxmasından xəbər verir. Bu qorxu Hicab Hərəkatının ilk şəhidinin qırx mərasimində 2000-dən yuxarı dindar və AİP üzvünün iştirakından sonra daha da artmışdır. AİP üzvləri arasında ixtilafın yaranması barədəki bəzi əsassız xəbərlərin yayılmasınının səbəbini də bu proqramın ardınca olmasını bilmək olar.
2. İslamçıların vəhdəti və bir-birinə daha yaxın olması müxtəlif təhlillər, araşdırmalar, xəbərlər vasitəsilə KİV-ə çıxdı və onun konkret simvolu Hacı Vaqif Abdullayevin 40 mərasimində Qüds Günü ilə bağlı konfransların təşkilində müşahidə olundu, islamçıların və AİP üzvlərinin əqidəsinin möhkəmliyi bir daha özünü göstərdi. Odur ki, AİP-in müvəqqəti sədri Elçin Manafovun Ali Məqamlı Rəhbəri bütün azərbaycanlıların, hətta Allahşükür Paşazadənin dini lideri adlandırması əbəs deyildir.
3. Azərbaycanın sözü gedən mediaları AİP barədə partiyanın bəzi üzvlərinin açıqlamalarından şantaj xəbəri kimi istifadə edirlər. Bu açıqlamaların partiya daxilindəki çiçəklənmə və inkişafdan xəbər verməsinə baxmayaraq, gərək elə olsun ki, qərəzli insanların sui-istifadəsinə imkan yaratmasın. Əlbəttə, partiyanın yüksək məqamlı məsullarının son açıqlamaları çox düşünülmüş surətdədir. Belə ki, onlar İslam maarifinin təbliğini və siyasi İslamın genişlənməsini özlərinin hədəfi olmasını aşkar surətdə deyir və daxili rəqabətlərin təbii olmasını bildiriblər. Həmçinin, AİP məsulları vurğulayıblar ki, doktor Səmədov təkcə İslam Partiyasının sədri deyil, o, həm də Azərbaycanda İslam hərəkatının rəhbəridir və onun həbsdə olduğu dövrdə cənab Elçin Manafov partiyanın işlərini yerinə yetirir.
Azərbaycan islamçıları arasında vəhdət yönümündə hərəkatın şirin dadı məlum olduqdan sonra onun davamlı olacağına və bir-birinin ardınca bərəkətli nəticələrinin müşahidə olunacağına ümid edilir.
HaqqYolu