Tarix : 2012 Sep 14
Kod 32692

İnqilab Rəhbərinin İslam düşmənlərinin Həzrət Məhəmmədə(s.ə.s) hörmətsizliyi ilə bağlı mühüm bəya...

Amerika siyasətçiləri əgər həqiqətən bu işdə rola malik deyillərsə, müsəlman xalqların ürəklərini ağrıdan bu çirkin ...
g/arannews

İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizliklərinin arxasında sionizm, Amerika və beynəlxalq imperializmin düşmənçilik siyasətləri olduğunu bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran xalqı və böyük İslam Ümmətinə bir müraciətdə sionistlərin İslam dini və Qurana qarşı kinləri habelə İslam düşmənlərinin Peyğəmbərə(s.ə.s) hörmətsizliklərinin səbəblərini şərh edərək, belə vurğulayıblar:” Amerika siyasətçiləri əgər həqiqətən bu işdə rola malik deyillərsə, müsəlman xalqların ürəklərini ağrıdan bu çirkin cinayətin amilləri və onları maliyyələşdirənləri, bu böyük cinayətə uyğun formada cəzalandırmalıdırlar”.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar:” Əgər beynəlxalq imperializm bu çirkin silsilə hərəkətlərin keçmiş halqalarını yəni Salman Rüşdi, danimarkalı karikaturaçı və Quran yandıran amerikalı keşişi himayə və sionist sərmayə sahiblərinə bağlı mərkəzlərində onlarla anti-İslam filminin düzəldilməsini sifariş etməsə idi, hazırda iş bu yerə, bu çox böyük və bağışlanmaz günaha çatmazdı”.

Həzrət Ayətullahülüzma Xamenei sonra belə buyurublar:” Bütün dünyadakı müsəlman bacı və qardaşlar bilməlidirlər ki, İslami Oyanış qarşısında düşmənlərin bu alçaq və acizcəsinə hərəkətləri, İslami Oyanışın əzəməti və əhəmiyyətinin nişanəsi və onun gün daha artıq çiçəklənməsindən müjdə verir”.   

  • Yazılıb
  • da (də) 2012 Sep 14