Tarix : 2012 Sep 14
Kod 32695

Nardaran möminləri də bəyanat yaydılar

Nardaranın bütün inanclı əhalisi bu günlərdə dünya haqsevərlərinə qoşularaq öz səsini ucaldır
g/arannews

İslamın əziz Peyğəmbəri Həzrət Muhəmmədi (s) təhqir etmək niyyəti ilə çəkilən “Müsəlmanların məsumluğu” adlı  yalan, böhtan dolu filmə etiraz olaraq Nardaran Ağsaqqallar Şurası və Nardaran gəncləri bəyanat yayıblar.

Bəyanatda deyilir:

"Bu günlərdə dünya mediasında yayıldığı gündən etirazlarla qarşılanan və İslama qarşı növbəti yəhudi oyunu kimi qiymətləndirilən film bütün müsəlman cəmiyyətləri kimi Nardaranın inanclı əhalisi olaraq bizim də hiddətimizə səbəb oldu.

İslam dininə və müsəlmanların inanclarına heç bir əsas olmadan qərəzli və təhqiramiz mövqe nümayiş etdirən, təhqirdən başqa heç bir məqsədə qulluq etməyən, əvvəlcədən planlaşdırılaraq iğtişaş, ikitirəlik və fitnə yaratmağa xidmət edən, eyni zamanda dünyəvi hüquq prinsipləri baxımından qeyri-hüquqi addım kimi qiymətləndirilən rəzil filmin çəkilməsinə, sosial mediada yayımlanmasına qəti surətdə etiraz edir və aidiyyatı olan qurumlardan bu filmin ictimai baxışını dərhal dayandırmağı, bu rəzilliyi ərsəyə gətirənləri cəzalandırmaqla dünyada ona qarşı baş qaldıran etiraz qiyamlarına aramlıq gətirməyi, fitnələrə son qoymağı tələb edirik.

Nardaranın bütün inanclı əhalisi bu günlərdə dünya haqsevərlərinə qoşularaq öz səsini ucaldır və İslam aləminə, müsəlmanlığa qarşı aparılan bu anti-təbliğatı və həqarəti pisləyərək hiddətini bir daha nümayiş etdirir."

 

Qeyd edək ki, bəyanat ingilis dilində hazırlanaraq GOOGLE-YOUTUBE baş ofisinə də göndəriləcək.

  • Yazılıb
  • da (də) 2012 Sep 14