m/Aran Agentliyi
- “Müsəlmanların məsumiyyəti” filmində İslam Peyğəmbərinə edilən təhqirlərə münasibətiniz?
-İslama qarşı mövqelərini aydın şəkildə təzahür etdirirlər. Onlar elə bilirlər ki, bu cür çirkin addımları ilə dünya ictimaiyyətinin İslama qarşı baxışlarını dəyişdirə bilərlər. Amma heç də bu cür deyil. Dünya artıq İslamın gözəlliklərini və İslam peyğəmbərinin əzəmətli, tərbiyəedici simasını əvvəlki dövrlərdən daha yaxşı tanıyır. Düşmənlər elə bilirlər ki, bu cür addımlarla nəyisə dəyişdirə bilərlər. Buna heç vaxt nail ola bilməyəcəklər. İslamın üzərinə getdikcə İslamofobiyanın səbəblərinin araşdırılması zəruriyyəti yaranır və bu səbəbdən araşdırıldıqca İslamın gözəlliyi daha geniş təzahür olur. Amma müsəlmanların üzərinə düşən vəzifələr də var. Bu vəzifələrdən biri də bu işin arxasında olan hər bir insanı ifşa edib xalqa, İslam ümmətinə tanıtdırıb öz İslami borcumuzu yerinə yetirməliyik.
- Bu cür addımların qarşısında müsəlmanların vəsifəsi nədir?
- Azərbaycan müsəlmanlarının vəzifəsi mövqe qarşısında öz mövqelərini qoymaq, etiraz etmək, virtual aləmdə münasibət bildirmək, cəmiyyətdə olan müsəlmanlar bu məsələnin görünməyən hissələrini xalqa çatdırmaqdır ki, xalqımız bilsin.(xeber44)