m/Aran Agentliyi
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, təşkilat Hz.Muhəmməd(s) peyğəmbərin təhqir edilməsinə etiraz olaraq bəyanat verib.
Bəyanatda deyilir:
“"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi olaraq bəyan edirik ki, son günlərdə dünyada daha bir islamafob addımın şahidi olduq.
Belə ki, özü yəhudi olan və ABŞ-dakı sionist idoloji xəttində hərəkət edən qurumlarla və şəxslərlə yaxın münasibətləri ilə tanınan bir rejjissor (Sam Bacile özü də deyib ki, filmin çəkilməsi üçün pulu yəhudi lobbisindən olan donorlar veriblər) ekranlaşdırdığı “Müsəlmanların məsumluğu” adlı yalan, böhtan dolu filmdə Həzrət Muhəmməd(s) peyğəmbərə hörmətsizlik etməklə yalnız müsəlmanların deyil, eyni zamanda bəşəriyyətin bütün mənəviyyatlı, ali düşüncəli, sülhpərvər insanlarının heysiyyatını ayaqlar altına almış, toxunulmaz ali dəyərləri heçə saymaqla həm dini, həm də dünyavi baxımdan cinayət işlətmişdir.
Filmdə İslam dininə, müsəlmanlara, mənəvi duyğulara yanaşmalar əsassız, qərəzli, qeyri-hüquqi xarakterli ollduğundan, bu hərəkətin məqsədyönlü şəkildə təhqir səciyyəsi daşıdığını tam əminliklə deyə bilərik.
Heç bir normal təfəkkürlü, özünə hörmət edən insan qəbul etməz ki, onun ali dəyərlərinə, mənəviyyatına bu cür sataşmalar olsun.
Təbii ki, bütün bunlar nəzərə alındıqda, sözügedən hadisə ali dini dəyərlərin, ümümbəşəri prinsiplərin, insan haqlarının, həmçinin beynəlxalq hüququn kobud surətdə pozulması olmaqla bərabər, müsəlmanların yaşadığı hər yerdə, filmin çəkildiyi ABŞ-da, bütün dünyada son dərəcə gərgin ictimai ab-havaya rəvac verən, cəmiyyətləri, svilizasiyaların qarşılıqlı uzlaşma cəhdlərini degenerasiya edən, parçalayan amil rolunu oynayır.
Qeyd etməyi zəruri bilirik ki, baş verənləri qlobal imperializmin dünyada apardığı islamofobiya kampaniyasının yeni dalğası kimi qiymətləndiririk.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi olaraq bu əxlaqsız cürətə qarşı narahatlığımızı bildirir, bu barədə bütün dünyadakı haqlı etirazlara qoşulur və sözügedən filmin və ya onun fraqmentlərinin dərhal dayandırılmasını tələb edirik.”(xeber44)