Tarix : 2012 Sep 14
Kod 32708

Rəsmi Tehran Azərbaycan ilə Türkiyə arasında vizanın ləğvini müsbət qarşılayır

Bəzi Bakı mənbələrinin, Rəsmi Tehranın Azərbaycan Respublikasına Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməkdən ...
/Aran Agentliyi

 

Azərbaycan Respublikası məsələləri üzrə təhlilçi bildirib: " Bəzi Bakı mənbələrinin, Rəsmi Tehranın Azərbaycan Respublikasına Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməkdən çəkinməsi üzrə xəbərdarlığı haqdakı iddialarına rəğmən, Rəsmi Tehran viza rejiminin ləğv edilməsini müsbət qarşılayır".

Fərdad Əfzəli Təbrizi Bakı mediaları və Türkiyənin Hürriyyət qəzetinin Azərbaycan Respublikasının Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etmənin qarşısını almaq üçün İranın xəbərdarlıq etməsi üzrə xəbərlərinin doğru olub, olmaması haqdakı suala cavabda deyib:" Belə nəzərə gəlir ki, Bakı rəsmiləri bir media oyunu ilə Türkiyə ilə viza rejiminin ləğvinə olan meylsizliklərini əsaslandırmaq istəyirlər. halbuki Rəsmi Tehran belə inanır ki, əgər Azərbaycan Respublikası Türkiyə ilə viza rejimini ləğv edərsə, Azərbaycan Respublikasının İranla viza rejiminin ləğvinə yol açılacaqdır . buna görə də Rəsmi Tehran Azərbaycan Respublikasının Türkiyə ilə viza rejimini ləğv etmək uğrunda hər cür hərəkəti müsbət qarşılayır".

Fərdad Əfzəli Təbrizi sonra deyib:" Hürriyyət qəzeti və Bakı medialarının, Azərbaycan Respublikasının Türkiyə ilə viza rejimini ləğv etdiyi təqdirində Naxçıvana sərhədini bağlayacağı üzrə İranın xəbərdarlığı haqdakı xəbərdə ağ yalandır. Çünki İran qardaşlıq və islami prinsiplərə sadiq olaraq, həmişə Azərbaycan Respublikasının himayəçisi və Naxçıvanın qidalanması üçün bir mərkəzdir və bu himayəyə xələl vurmaz".

Əfzəli Təbrizi sonra deyib:" Yaxşı olar ki, Rəsmi Bakı da media oyunları yerinə Türkiyə və İranla sədaqətlə rəftar etsin və Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini ləğv edən bu iki qardaş ölkə qarşısında qarşılıqlı olaraq, viza rejimini ləğv etsin və viza rejimini tətbiq etməkdən gələn az gəlirə fikirləşmək və yaxud bəzi siyasi oyunlar həyata keçirmək ardınca olmasın".

 

  • Yazılıb
  • da (də) 2012 Sep 14