Tarix : 2012 Sep 14
Kod 32712

Professor hicaba qadağa qoyduğuna görə 2 il cəza alıb

İzmirin Egey Universitetinin Astronomiya və Kosmik elmlər kafedrasının müəllimi professor Esad Rennan Pekünlü hicablı tələbələri təhsil hüququndan ...
/Aran Agentliyi

İslamınsesı.az portalının Türkiyənin “Zaman” qəzetınə istinadən verdiyi məlumata görə, İzmirin Egey Universitetinin Astronomiya və Kosmik elmlər kafedrasının müəllimi professor Esad Rennan Pekünlü hicablı tələbələri təhsil hüququndan məhrum etdiyi ücün 2 il 1 ay həbs cəzasına məhkum edilib.

Bu, Türkiyədə ilk belə məhkəmədir.

E. Pekünlü hicablı tələbələrin foto şəkilini cəkərək, “şəxsi həyatın məxfiliyinə müdaxilə və təhsil haqqına maneə törətmə” ittihamı ilə mühakimə olunub.

Müttəhim və onun vəkilı universitetə hicabla girmənin yasaq olması səbəbini irəli sürərək, bəraət istəyib.

Məhkəmə müttəhimə 2 il 6 ay həbs cəsası kəsib. Pekünlü məhkəmədə özünü yaxşı apardığına görə həbs müddəti 2 il 1 aya qədər azaldılıb. Hakimin qərarına görə, müttəhimə verilən cəzanın təxirə salınması və ya pul ödənilməsi ilə əvəz edilməsi mümkün deyil.

Professorun vəkili məhkəmə işinə yenidən baxılması ücün müraciət edəcəklərini bildirib.

İslaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Sep 14