İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu ABŞ-ın Liviyadakı səfirinin öldürüməsinə gətirib çıxaran ABŞ-da rəzalətin ...
/Aran Agentliyi
İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu ABŞ-ın Liviyadakı səfirinin öldürüməsinə gətirib çıxaran ABŞ-da rəzalətin səbəbkarını məhz Amerikanın özü olduğunu bəyan edib.
Hacı İlqar İbrahimoğlu Cümə Namazının xütbəsində vurğulayıb : “ Etirazçılar niyə məhz Amerika səfirliyinin önünə getdi? Məntiqi yanaşma sərgilənsə, müəyyən olunar ki, səfirin qatilləri - elə bu filmi çəkənlərdir”.
Əzizİslam Peyğəmbərini (s) təhqir edən filmin çəkilişınə münasibət bildirən Hacı İlqar deyib : “ 1 milyarddan çox insanının inancı olan müqəddəs İslam dininə qarşı atılan bu addımın adı - mənəvi terrordur. Bundan əvvəl baş vermiş mənəvi terrorun davamıdır. Sadəcə formaları fərqlidir. Salman rüşdünün sərsəmləmələri - yazı kimi, danimarkalı rəzil karikaturalar – incəsənət kimi, Quran yandırılması - ifadə azadlığı kimi sırınaraq, mənəvi terror törədilib. İndi də kino ilə edilir. “
İçərişəhər “Cümə” məscidinin imam-camaatı əlavə edib : “Təsəvvür edin bir sionist əsilli insan özü deyir ki, bu filmi mən çəkmişəm və sionistlərdən milyonlarla dollar dəstək almışam, bunu da müsəlmanları təxribata çəkmək üçün edir. Dünya isə susur. Ən yaxşı halda deyirlər ki, pis sayırıq. Amma guya bu, özünüifadədir. Açıq-aydın görünür ki, iki paradiqma qarşı-qarşıyadır. Və bir tərəf digər tərəfi bir şeyi məcburi öyrəşdirmək istəyir - inanclı insanları inanclarına təhqir olunmasına öyrəşdirmək, təhqirlərə yanaşmalarını adiləşdirmək istəyirlər. Bu, böyük təhlükədən xəbər verir. Əgər bunu eləsələr, sabah namusla bağlı belə bir şeyə əl atacaqlar. İstəyirlər ki, insanlar təhqiri eşitsin, reaksiya verməsin, “dözümlü” olsun. Özünü islam inancına aid edən hər kəs, bu ağır imtahanlar qarşısında ilahi paradiqmanın üzərində daha da sabit dayanmalı və bu kimi iblisvari səyləri puça çıxarmalıdır”.
Xətib əlavə edib : “Nəyə görəsə əsas fikir ABŞ səfirinin öldürülməsinə cəlb edilir. Əvvəla təəsüflər olsun ki, bu etirazlar zamanı müxtəlif ölkələrdə insanlar həyatını itirmişlər. Bu cinayəti törədənləri cəzasız saxlayanlar, dolayısı ilə bu edilən islamofobik addımlara şərik olurlar. Biz bir daha tələb edirik ki, bu cinayəti törədənlər təcili cəzalarına çatmalıdır. Ancaq burada bir məntiqi qırılma var. “Bir nəfərin əməlinə görə xalq cavabdeh deyil” deyənlər özləri bu prinsipi pozublar. 11 sentyabr terrorunu edənin Bin Laden olduğunu deyirdilər. Tutaq ki, elə o idi. Bəs nəyə görə bir nəfərə görə ABŞ Əfqanıstana girib, günahsız insanları öldürmək hüququnu əldə etdi?! İraq və bir neçə belə oxşar misal çəkmək olar.”