Azərbaycanla Ermənistan arasında Macarıstan tərəfindən qaytarılan azərbaycanlı zabit Ramil Səfərov gərginliyinin yaşandığı bir zamanda ermənilər Parisdə Azərbaycan ...
/Aran Agentliyi
Azərbaycanla Ermənistan arasında Macarıstan tərəfindən qaytarılan azərbaycanlı zabit Ramil Səfərov gərginliyinin yaşandığı bir zamanda ermənilər Parisdə Azərbaycan prezidenti İlham Əliyevə etiraz etməyə hazırlaşır. (CHA)
Erməni mətbuatında yer alan xəbərdə Fransada yaşayan ermənilərin 18 sentyabrda Parisə səfər edəcək Azərbaycan Respublikası prezidenti İlham Əliyevə etiraz edəcəyi ifadə edilir. Xəbərdə, burada yaşayan ermənilərin səfər günü Azərbaycanın Parisdəki səfirliyi qarşısında böyük bir nümayiş təşkil edəcəyi və indidən bu etiraz aksiyasına hazırlıq getdiyi qeyd edilir.
Fransa Erməni Qurumları Koordinasiya Şurasının (CCAF) təşəbbüsü ilə təşkil ediləcək nümayişə Fransanın müxtəlif şəhərlərində yaşayan ermənilərin iştirak edəcəyi ifadə edilir.
Deyerler.Org