Tarix : 2012 Sep 15
Kod 32733

İlham Əliyev Fransaya gedəcək

Sentyabrın 17-18-də İlham Əliyev Fransada səfərdə olacaq
/Aran Agentliyi

 

 

Sentyabrın 17-18-də İlham Əliyev Fransada səfərdə olacaq

Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Menye məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində o fransalı həmkarı Fransua Ollandla birlikdə Luvr muzeyində İslam mədəniyyəti pavilyonunun, eləcə də Azərbaycanın Fransadakı səfirliyində Mədəniyyət departamentinin açılış mərasimlərində iştirak edəcək.

Səfir qeyd edib ki, Azərbaycan və Fransa prezidentləri ikitərəfli münasibətlərə dair bir sıra məsələləri, beynəlxalq vəziyyəti, regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edəcəklər: “Fransa regiondakı gərginlikdən narahatdır və onun azaldılmasını istəyir”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Sep 15