Ümumtəhsil məktəblərində yeni dərs ili başlandı.15 senytabr Azərbaycanda ''Bilik Günü'' kimi hər il qeyd olunur
/Aran Agentliyi
Ümumtəhsil məktəblərində yeni dərs ili başlandı.15 senytabr Azərbaycanda "Bilik Günü" kimi hər il qeyd olunur. Ali və orta məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində müəllimlərin, valideynlərin, ağsaqqalların adından şagirdlərə biliklərə yiyələnmək tövsiyyə olunur.
"Bilik Günü" münasibətilə Azərbaycan İslam Partiyası (AİP) Xətai Rayon Təşkilatının sədri Üzeyir Heydərov İslaminsesi.az xəbər portalına arzularını bildirib: “Bilik tərəqqi və inkişaf deməkdir. Həzrəti Məhəmməd (s) buyurur ki, elm Çində də olsa dalınca gedin. Təhsil, elm hər bir xalqın bu günü, gələcəyi olduğu kimi, həm də keçmişidir. Keçmişimizə elmi-fəlsəfi yanaşma tətbiq etmədən onu obyektiv öyrənə, gələcəyimizi düzgün istiqamətləndirə bilmərik. Təəssüflər olsun ki, ölkəmizdə təhsilin səviyyəsi arzu olunan vəziyyətdə deyil. Tədrisdə kifayət qədər nöqsanlar vardır. Amma istedadlı gənclərimizdə çoxdur. Mən elmin çətin yollarında şagird və tələbələrə, elm adamlarına uğurlar diləyirəm.
islaminsesi.az