/Aran Agentliyi
Hacı Zülfüqar Mikayılzadə rəzil filmə münasibət bildirdi.
- “Müsəlmanların məsumiyyəti” filmində İslam Peyğəmbərinə edilən təhqirlərə münasibətiniz?
- Bismillahir-Rəhmanir-Rahim.
Təbii ki, biz də bu filmi məhkum edirik və bu addımlar düşmənin zəifliyini və acizliyini göstərir. Məlumdur ki, İslama qarşı dünyada gedən təbliğatlar, ədavətlər sionistlər tərəfindən idarə olunur. Onlar bu zaman təhqirə keçirlər ki, siyasi müstəvidə məğlubiyyətə uğrayırlar və çarəsiz qalanda müsəlmanların heysiyyatlarına, müsəlmanların şərəf və ləyaqətlərinə toxunurlar. Bu film bariz nümunədir. Peyğəmbərimizin barəsində çəkilən bu təhqiramiz film onun göstəricisidir ki, düşmənlər siyasət və digər meydanlarda məğlubdur və onlar öz məğlubiyyətini hiss ediblər. Bunun əvəzini çıxmaq üçün müsəlmanlara və onların müqəddəslərinə bu cür təhqirlər törədirlər. Onlar bu addımla qəlblərini rahatlaşdırmaq istəyirlər və hansısa müvəffəqiyyətləri əldə etmək istəyirlər. Şübhəsiz ki, bu addım onların əleyhinədir. Düşmən daha çox xeyir deyil, ziyan görəcəklər və müsəlmanlar şübhəsiz bir daha başa düşəcəklər ki, düşmən son dərəcə rəzil və səviyyəsizdir.
- Bu cür addımların qarşısında müsəlmanların vəsifəsi nədir?
- Müsəlmanların bu şəraitdəki vəzifəsi birliyi nümayiş etdirməkdir. Öz müqəddəslərini qorumaq üçün yekdil, yeknəzər fikirlərini bildirmək və bir mövqedən çıxış etməkdir. Əsasən də düşmənlərini tanımaqdır. Qurani-Kərimin Ali-İmran surəsi 118-ci ayəsində belə buyrulur: “Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş , dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsüzsə, biz sizin üçün (onların halının) nişanələrini (ni) bəyan etdik. “
Maidə surəsi 82-ci ayədə Allah-Təala buyurur: “Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən.”
Azadxeber.org