Hələ də bəzi İslam ölkələri bu hərəkəti pisləməyə çəkinirlər və ola bilsin ki, öz ağalarndan təklif gözləyirlər
/Aran Agentliyi
Hələ də bəzi İslam ölkələri bu hərəkəti pisləməyə çəkinirlər və ola bilsin ki, öz ağalarndan təklif gözləyirlər.
Haqq və batil cəbhələrinin üz-üzə dayanmasının qədim tarixi olmasına baxmayaraq, İslam tarixi bu qarşıdurmanın həqiqi təcəssümüdür. İslam Peyğəmbərinin (s) besətinin ilk günlərindən və batil cəbhəsinin o həzrətin əzəmətli vücudunu dərk etdiyi vaxtdan haqq və batil cəbhələrinin tərəfdarları da yeni mərhələyə qədəm qoydular.
Batil cəbhəsinin uğursuz çalışmalarından biri də əvvəldən indiyə kimi müqəddəs İslam Peyğəmbərinin (s) əzəmətli və gündən aydın həyatını iftiralar kölgəsində saxlamaq olmuş və bununla da insanların İslama təmayülünün qarşısını almaq, özlərinin cah-cəlalını qorumaq olmuşdur. Lakin, Peyğəmbərin (s) həyatı zamanı öz şeytani siyasətlərini həyata keçirə bilmədilər və məğlub oldular. Ona görə də o həzrətə qarşı terror hazırladılar, amma həzrət Əlinin (ə) fadakarlığı nəticəsində bu planı həyata keçirə bilmədilər.
İndi o günlərdən əsrlər ötür, amma indakarların varislərinin axmaq cəhdləri hələ də davam etməkdədir və Peyğəmbərin (s) uca şəxsiyyəti barədə iftiralar quramaqla İslamın genişlənməsinin qarşısını almaq istəyirlər. Sözsüz ki, Ağ ev və sionistlərin məxluqatın ən şərəfli varlığına qarşı hörmətsizlik edən film çəkməsi ilə etdiyi çirkin nadanlıq onların ədavət zəncirlərinin bir həlqəsidir. 1988-ci ildə ingilis vətəndaşı olan hind əsilli yazıçının yazdığı şeytani ayələr kitabı, 2006-cı ildə Azərbaycan Respublikasının sionistlərə xidmət edən Sənət jurnalındakı yazı, 2010-cı ildə bu ölkənin Alma və Yunikal nəşriyyələrinin yazıları, amerikalı keşişin Quranı yandırması, bu zəncirin qabaqkı həlqələrindən bir qismidir.
İndi bir müddətdir ki, sionistlər, sioxristianlıq və İslamdan sapmış vəhabilər birləşərək İslam müqəddəslərinə hörmətsizlik etməyin yeni mərhələsinə qədəm qoyublar. Ola bilsin ki, bu film onların son addımıdır. Çünki filmin yayımlanmasının ilk saatlarından müsəlamanların başlamış ciddi reaksiyaları bu hərəkətin davamı qarşısında möhkəm səddir. Əlbəttə, təkcə İslam ümmətinin reaksiyası kifayət deyil və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr də bu filmi himayə edənlərə qarşı peşimanedici və əməli addımlar atmalı və bu proqramın çərçivəsində ABŞ və sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsmək mövcud olan ən gözəl üsuldur. Əlbəttə, bu arada bəzi İslam ölkələri hələ də bu əməli pisləməkdən çəkinir və ola bilsin ki, öz ağalarından təklif gözləyirlər. Bu qədər kifayətdir ki, müsəlman xalqlar özlərini müsəlman dövləti adlandıran hökumətlərin dini etiqadlara nə qədər bağlı olduqlarını tanısınlar və öz tarixi və inqilabi vəzifələrinə əməl etsinlər.
Əlbəttə, sözügedən filmin səbəbkarları öz ləyaqətsiz əməlləri ilə müsəlmanların ürəklərini yaraladılar, lakin bir daha onların öz vəhdətlərini göstərmələrinin şahidi oldular. Belə ki, İslami İrandan tutmuş, inqilabçı Liviya, Misir, Tunis ölkələri, Azərbaycan və Bəhreyn kimi şiə ölkələri sionistlərin bu şeytani əməllərinə qarşı öz nifrətlərini müxtəlif şəkillərdə nümayiş etdiriblər. Sözsüz ki, bu etirazlar hələ də genişlənəcək. Heç bir şəkk-şübhə yoxdur ki, gələcək həzrət Məhəmmədin (s) dininin ardıcılları ilədir!