Tarix : 2012 Sep 15
Kod 32741

Zülmkar hökumətlərə qarşı xalq qiyamları Peyğəmbrə (ə) hörmətsizlik edilən filmin çəkilməsinin əs...

Bu filmdə qərbin, xüsusilə də ABŞ və İsrailin İraq və Əfqanistanda, Əbu-Qureyb, Quantanamo həbsxanalarında müsəlmanlara qarşı etdikləri cinayət və vəhşiliklər İslamın ...
/Aran Agentliyi

 

Bu filmdə qərbin, xüsusilə də ABŞ və İsrailin İraq və Əfqanistanda, Əbu-Qureyb, Quantanamo həbsxanalarında müsəlmanlara qarşı etdikləri cinayət və vəhşiliklər İslamın əziz  Peyğəmbərinin (s) ardıcıllarına nisbət verilib.

AranNews - Mənbəmizin İRNA-ya istinadla verdiyi məlumata əsasən, Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi və Təbrizin imam cüməsi deyib: "İslamı, həmçinin bütün dünyada və regionda əsas islamı hərəkatı zəiflətmək Peyğəmbəri (s) təhqir edən filmi hazırlayan və yayımlayanların əsas hədəfidir". Təbrizin imam cüməsi Ayətullah Möhsin Müctəhid Şəbüstəri bu hərəkəti bərk pisləyərək deyib: "Amerika rəsmilərinin bu filmin hazırlanması barədə dəxalət etmədiklərini iddia etmələri məhz yalandan başqa bir şey deyil". O artırıb: "Beş milyon dollardan artıq ilkin xərci olan filmin çəkilməsi Ağ ev sərmayədarlarından xəbərsiz hazırlana bilərmi?" İmam cümə həmçinin bu filmdə başdan-başa Peyğəmbər (ə) və dünya müsəlmanlarının təhqir edilməsini, İslamın sadiq ardıcıllarının müharibə tərəfdarı və hər şeyə əhəmiyyətsiz yanaşan göstərildiyini də bildirib. O, bu filmi hazırlayanların heç bir dinin ardıcılı olmadığını və  onlar üçün yalnız şeytan məktəbinin əhəmiyyətli olduğunu da vurğulayıb.

Ayətullah Möhsin Müctəhid Şəbüstəri daha sonra deyib: "Bu filmdə qərbin, xüsusilə də ABŞ və İsrailin İraq və Əfqanistanda, Əbu-Qureyb, Quantanamo həbsxanalarında müsəlmanlara qarşı etdikləri cinayət və vəhşiliklər İslamın əziz  Peyğəmbərinin (s) ardıcıllarına nisbət verilib".

İmam cümə mehribanlıq dini olan İslama və varlıq aləminin əziz və sonuncu peyğəmbərinə qarşı hörmətsizliyin bağışlanılmaz olduğunu da bildirib. Peyğəmbrə (ə) hörmətsizlik edilən filmin çəkilməsinin əsas səbəblərindən birini də zülmkar hökumətlərə qarşı xalq qiyamları olduğunu bildirən imam cümə deyib: "Qərb və ABŞ bu yolla İslam və zülm əleyhinə olan xalq hərəkatlarını zəiflətmək istəyirlər, amma Allahın lütfü ilə onlar bu arzularını özləri ilə qəbrə aparacaqlar". O, daha sonra artırıb: "Yaxın Şərqdə islami oyanış və qərbin regiondakı əlaltıları olan hökumətlərin süqut etməsi ABŞ və sionistlərin maraqlarını təhdid edir və ona görə də onlar bu vəziyyətlə müqabilə aparmaq üçün öz fikirləri əsasında İslam və onun insani təlimləri ilə mübarizəyə qalxıblar".

  • Yazılıb
  • da (də) 2012 Sep 15