Etiraz mitinqində iştirak edənlər ABŞ və Qüdsü işğal edən sionist rejimin bayraqlarını yandıraraq, bu dövlətlərin anti-İslam siyasətlərinə qarşı öz nifrətlərini ...
/Aran Agentliyi
Etiraz mitinqində iştirak edənlər ABŞ və Qüdsü işğal edən sionist rejimin bayraqlarını yandıraraq, bu dövlətlərin anti-İslam siyasətlərinə qarşı öz nifrətlərini bildirdilər və onların rəsmi surətdə üzr istəmələrini tələb etdilər.
AranNews - Mənbəmizin İRNA-ya istinadla verdiyi məlumata əsasən, əziz İslam Peyğəmbərinə (s) qarşı hörmətsizlik edilən filmin yayımlanmasını eşidən Təbriz əhalisi qəzəbli halda mitinqə toplandılar və "Amerikaya ölüm", "İsrailə ölüm", "İslam qalibdir, kafirlər məhvdir", "Ey müsəlmanlar, birləşin" şüarları vermək, Amerikanın bu hərəkətini pisləyən plakatlar qaldırmaqla filmin çəkilməsində rolu olan əsas səbəbkarlara qarşı öz nifrətlərini bildirdilər.
Mitinq iştirakçıları imam Xomeyni (rh) müsəllasından, Saət meydanına qədər hərəkət etdilər, ABŞ və Qüdsü işğal edən sionist rejimin bayraqlarını yandıraraq, bu dövlətlərin anti-İslam və qeyri-insani siyasətlərinə qarşı öz nifrətlərini bildirdilər və onların rəsmi surətdə üzr istəmələrini tələb etdilər.