Tarix : 2012 Sep 16
Kod 32754

ABŞ-ın rüsvayçı filminə Nardarandan etiraz

İslam Peyğəmbəri Həzrət Məhəmmədi təhqir etmək niyyəti ilə çəkilən ABŞ-ın böhtan dolu filminə etiraz olaraq Nardaran Ağsaqqallar Şurası və Nardaran gəncləri bəyanat veriblər
/Aran Agentliyi

 

İslam Peyğəmbəri Həzrət Məhəmmədi təhqir etmək niyyəti ilə çəkilən ABŞ-ın böhtan dolu filminə etiraz olaraq Nardaran Ağsaqqallar Şurası və Nardaran gəncləri bəyanat veriblər.

Bəyanatda deyilir:

“Bu günlərdə dünya mediasında yayıldığı gündən etirazlarla qarşılanan və İslama qarşı növbəti yəhudi oyunu kimi qiymətləndirilən film bütün müsəlman cəmiyyətləri kimi Nardaranın inanclı əhalisi olaraq bizim də hiddətimizə səbəb oldu. İslam dininə və müsəlmanların inanclarına heç bir əsas olmadan qərəzli və təhqiramiz mövqe nümayiş etdirən, təhqirdən başqa heç bir məqsədə qulluq etməyən, əvvəlcədən planlaşdırılaraq iğtişaş, ikitirəlik və fitnə yaratmağa xidmət edən, eyni zamanda dünyəvi hüquq prinsipləri baxımından qeyri-hüquqi addım kimi qiymətləndirilən rəzil filmin çəkilməsinə, sosial mediada yayımlanmasına qəti surətdə etiraz edir və aidiyyəti olan qurumlardan bu filmin ictimai baxışını dərhal dayandırmağı, bu rəzilliyi ərsəyə gətirənləri cəzalandırmaqla, dünyada ona qarşı baş qaldıran etirazları sakitləşdirməyi, fitnələrə son qoymağı tələb edirik.

Nardaranın bütün inanclı əhalisi bu günlərdə dünya haqq tərəfdarlarına qoşularaq öz səsini ucaldır və İslam aləminə, müsəlmanlığa qarşı aparılan bu təbliğatı və həqarəti pisləyərək hiddətini bir daha nümayiş etdirir.”

  • Yazılıb
  • da (də) 2012 Sep 16