ABŞ-ın Bakıdakı yeni səfiri Riçard Morninqstar sentyabrın 14-də muxalifət partiyaların liderləri və fonksionerləri ilə gizli görüş keçirib
/Aran Agentliyi
ABŞ-ın Bakıdakı yeni səfiri Riçard Morninqstar sentyabrın 14-də muxalifət partiyaların liderləri və fonksionerləri ilə gizli görüş keçirib.
Görüşün qapalı olması və onun barəsində məlumatın gizli salınması qərara alınsa da Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu gizli görüşün məlumatını yayıb.
Məlumata əsasən, görüşdə Azərbaycanda mövcud olan ictimai-siyasi durum, 2005-ci ildən sonra ABŞ-ı Azərbaycanda təmsil etmiş diplomatlar Enn Dörsi ilə Metyu Brayzanın ölkənin siyasi partiya rəhbərləri ilə təmaslardan yayındıqları xatırladılıb və R.Morninqstarın səfir statusunda fəaliyyətə başladığı ilk günlərdən ölkədaxili proseslərə yaxından diqqət göstərməsi, mövcud siyasi qüvvələrə münasibətdə eyni məsafə saxlaması təqdiredici hal kimi önə çəkilib. Görüşün yekununda mühüm məsələlərin müzakirəsi məqsədi ilə belə təmasların mütəmadi xarakter almasının vacibliyi vurğulanıb.
“Yeni Müsavat” qəzeti məlumat verib ki, ənənəvi müxalifətin təmsilçilərinin də qatıldığı görüş mətbuata qapalı keçirilib və bu haqda heç bir açıqlama yayılmaması haqqında razılıq əldə olunub. Mediaya heç bir açıqlama verməmək haqda qərarı ilk olaraq görüşdə çıxış etməyən Əli Əliyev pozub.