Azərbaycan R-da mədəniyyət sahəsindəki pozğunluğa rəvac vermək siyasəti davam edir
/Aran Agentliyi
Azərbaycan R-da mədəniyyət sahəsindəki pozğunluğa rəvac vermək siyasəti davam edir.
Məlumatlı mənbələr xəbər verirlər ki, Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki pozğunluğa rəvac verən cərəyan bu respublikada qeyri-əxlaqi hərəkətlər haqda ictimaiyyətdə həssaslıqları məhv etmək məqsədilə, üzdəniraq gözəl qız müsabiqəsi haqda xüsusi siyasəti qarşıya məqsəd qoyublar.
Elə bu istiqamətdə Azərbaycan Respublikasını mədəniyyət cəhətdən pozğun etmək planını irəlilətmək məqsədilə, dünyanın 24 ölkəsindən 170 cm-dən daha hündür olan və yaşların 16-28 olan gənc qızların bədənlərinin nümayiş etdirilməsi müsabiqəsi Azərbaycan Respublikasında keçiriləcəkdir.
Bu il bu bayağı və pozğun yarışda Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan və Qazaxıstandan olan qızlar iştirak edəcəklər. Bu müsabiqə Bakı Dövlətinin himayəsi və Bakı şəhəri habelə regionda ən pozğun və bayağı telekanallardan olan Azad Azərbaycan Teleradio Şirkətinin və CFC(si-ef-si) Təşkilatının dəstəyi ilə keçiriləcək.
Bu müsabiqənin keçiriləcəyi xəbəri, o da Mübarək Ramazan ayında elan edilməsi, Azərbaycan Respublikasının qeyrətli və dindar xalqını qəzəbləndirdi. O zaman bəzi şəxsiyyətlər, o cümlədən Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bu üzdəniraq gözəllik müsabiqəsinin keçirilməsini kəskin şəkildə pisləyərək, belə bildirdi:” Bu proqramlar, Azərbaycan Respublikası xalqını mənəviyyat habelə insani və islami dəyərlərdən uzaqlaşdırmaqdan başqa hədəfi yoxdur”.
Bu etirazların ardınca Rəsmi Bakı həmçinin bu müsabiqəni keçirənlər, çalışdılar ki, mədəniyyət pozğunluğuna rəvac verən bu proqramı bir qədər ehtiyatla və təqribən sükutda irəlilətsinlər.
Avroviziya Müsabiqələrinin keçirilməsi zamanı Azərbaycan Respublikası medialarının geniş təbliğatlarının əksinə olaraq, bu dəfə azəri medialar Azərbaycan Respublikasının müsəlman xalqının geniş etirazlarının formalaşmasından qorxuya düşərək, tam şəkildə anti-islami olan bu müsabiqələr haqdakı xəbərləri ehtiyatla işıqlandırırlar. Belə ki, Azərbaycanın ANS dövlət telekanalı bu müsabiqə haqdakı xəbəri işıqlandırmaq üçün bu müsabiqəni adını təhrif etməklə yanaşı, onu dünyanın ən mədəni qadınlarının müsabiqəsi kimi təqdim edir.
Bu arada yayımlanmış bəzi xəbərlər istər-istəməz bu müsabiqənin bayağı və pozğun mahiyyətini ifşa etməkdədir. Neçə müddət öncə Bakıda ən gözəl çılpaq qızların seçmə mərhələsində iştirak edənlərdən biri belə ifşa etdi ki, “ Bu müsabiqəni keçirənlər, ondan 40 min manat alıblar ki, onu Azərbaycanın ən gözəl qızı kimi seçsinlər. Amma dövlət rəsmiləri onlardan istəyiblər ki, seçilən qız Azərbaycan Respublikasının ən azyaşlı qızları arasından seçilsin.
Müşahidəçilərin nəzərincə bu hərəkət də, bu proqramı keçirənlərin, Azərbaycan Respublikasında bayağılıq və pozğunluğu xalqın daha azyaşlıları arasında yaymağa səy göstərmələrindən xəbər verir. Belə ki, iki il öncə də bu ölkədə birdən birə Azərbaycan Respublikası məktəblərində məktəbli qızlar üçün hicab və münasib örtük qadağan edildi.