Tarix : 2012 Sep 16
Kod 32758

ABŞ-ın Minsk Qurupundakı sabiq Metyu Brayzanın DQ məsələsinə dair son açıqlaması Bakıdakı qərbpər...

Brayza yaxşı oğlandır, amma öz peşəsinin mütəxəssisi deyil
/Aran Agentliyi

 

Metyu Brayzanın “Royters” xəbər agentliyinə “ Azərbaycan bu gün Qarabağı hərb yolu ilə ala bilməz” deməsinə Vəfa  Quluzadə belə cavab verib : “Brayza yaxşı oğlandır, amma öz peşəsinin mütəxəssisi deyil”.

Vəfa Quluzadə söyləyib : “Brayza Minsk Qrupunda Amerikanı təmsil edəndə külli miqdarda səhvə yol verdiyi, İrəvanda bir, Xankəndində, Bakıda isə başqa bəyanatlar verdiyi üçün yenidən səfir təyin olunmadı! Onun heç iş təcrübəsi də yoxdur! Yəqin Brayza bizim rəhbərlikdən inciyib ki, bu cür mənasız danışıb”!

V.Qulzuzadəyə əlavə edib :”Dostumuz sayıqlamasın. Məgər Brayzanın tarixdən xəbəri yoxdur? Bu gün ruslar həqiqətən də ermənilər üçün orda güclü istehkamlar yaradıb. Amma ruslar o istehkamları yaradanda Azərbaycan ordusu indiki səviyyədə deyildi. İndi Azərbaycan bir təpiklə ermənilərin tikdiyi istehkamları darmadağın edər. Amma burada siyasi məsələ var. Azərbaycan o istehkamı darmadağın edəcək, lakin Rusiya onu təcavüzdə ittiham edib müharibəyə başlayacaq. Brayza tamamilə əsassız fikirlər söyləməkdənsə, bütün bunlardan danışmalı idi.”

Bundan əvvəl Brayza demişdir : “Mənə elə gəlir ki, Azərbaycanlılar erməniləri tutduqları üksəkliklərdən vurub çıxara bilməyəcəklər.”.

Brayzanın bu açıqlamasına hələlik rəsmi Bakı hər hansı reaksiya verməyib.

  • Yazılıb
  • da (də) 2012 Sep 16