/Aran Agentliyi
Rəsmi olaraq heç bir açıqlama verilməyib
Keçən gün səhər saatlarında Masallı RPŞ-nin əməkdaşları Masallı köhnə bazarından aparılan dindar Quliyev Vüsal Nüsrət oğlun saat 16:45 radələrində Masallı rayon prokrorluquna aparıb.2-saata yaxın Bakı şəhərindən ezam olmuş müstəntiqlər Quliyev Vüsalı dindiriblər.
Aldıqımız son məlumata görə prokrorluq Quliyev Vüsal-ı 2-gün ərzində məhkəmə qarşısına çıxarılacaqını bildirib.
Polis inanclını nəyə görə saxladığını açıqlamayıb.
Artıq bir neçə gündür ki, Masallı şəhərində dindarlar kütləvi şəkildə saxlanılırlar. Onların saxlanılmasının səbəbi isə açıqlanmayıb.
Xatırladaq ki, daha öncə də 5 dindar saxlanılıb: jurnalist Araz Quliyev, Rza Ağalı, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev.(xeber44)