30-dan çox dindar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb /Aksiyada həbs olunanlar buraxılıb
g/Aran Agentliyi
Du nan ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında fitnəkar filmə etiraz olaraq etiraz aksiyası keçirilib. Etiraz aksiyasında 150-ə yaxın şəxs iştirak edib. Aksiya iştirakçıları səfirliyin binası qarşısında "La ilahə illəllah", "Məhv olsun Amerika", "Allahu Əkbər" şüarları səsləndiriblər. Lakin polisin müdaxiləsi nəticəsində aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib. 30-dan çox dindar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Səfirliyin qarşısına əlavə qüvvələr gətirilib. Hazırda Nəsimi Rayon Baş Polis İdarəsində 5 nəfər aksiya iştirakçısı saxlanılır. Digər aksiyaçılar izahat alınaraq sərbəst buraxılıb. (faktxeber)