AİP-nın daxilində ixtilafların olması barədə keçmiş partiya üzvlərinin verdiyi açıqlamalar həqiqətə uyğündurmu?
/Aran Agentliyi
AİP-nın daxilində ixtilafların olması barədə keçmiş partiya üzvlərinin verdiyi açıqlamalar həqiqətə uyğündurmu?
HaqqYolu - Azərbaycan İslam Partiyasının sədri (AİP) Mövsüm Səmədovun həbsindən sonra partiyadaxili sürtünmələrin, narazılıqların başladığı deyilir.
AİP-in oktyabr ayında keçiriləcək qurultayı öncəsi partiyanın daxilindəki radikal mövqeli qrupların mötədil siyasət yürüdən hazırki rəhbərdiyə qarşı qiyam qaldırmaq cəhdləri müşahidə olunur.
AİP-in sədrəvəzi Elçin Manafov «Baku Post» qəzetinə müsahibəsində qurumun ətrafında dolanan şaiyələri şərh edir.
-AİP-nın daxilində ixtilafların olması barədə keçmiş partiya üzvlərinin verdiyi açıqlamalar həqiqətə uyğündurmu?
-Partiyadan ayrılan bəzi şəxslər daxilimizdə nifaq yaratmağa cəhd edirlər. Amma bunların heç biri həqiqətə uyğun deyil. Onların provakasiyası partiyanın işini daha nizamlı və ağıllı qurmağımıza təkan verir. Onlar partiya daxilində nifaq salmağa və parçalamağa calışırlar. Amma buna nail olmurlar.
-AİP daxilində parçalanma yaratmaq cəhdlərinin indi baş verməsi qurultayda problemlər yarada bilərmi?
-Qurultayda fikir ayrılıqları olsa belə, bu problemlərdən deyil, demokratiyadan xəbər verir. Partiya üzvlərinin hamısı eyni düşünə bilməz. Hər kəs öz namizədliyini irəli sürə, hadisələrə mövqeyini bildirə bilər.
AİP-də Azərbaycandakı digər siyasi partiyalardan fərqli olaraq şəffaflıq, demokratiya güclüdür. Partiya rəhbərliyi dəfələrlə seçki vasitəsilə dəyişib. Buna görə də qurulitayda ixtilaflar gözlənilir və bu tamamilə təbiidir.
Mənimlə partiyanın siyasi məsələlər üzrə müavini Akif Heydərli, yaxud partiya funksioneri Rövşən Əhmədli arasında heç bir nifaq yoxdur. Biz çox yaxınıq. Fikir ayrılıqlarının olması isə demokratiyaya, şəffaflığa işarədir. Bizə qarşı təxribat aparanlar ya öz təşəbbüsləri ilə cıxış edir, ya da kiminsə fitvası ilə bu yolu tuturlar.
-M. Səmədovun həbsindən sonra cəmiyyətdə, o cümlədən dindarlar arasında AİP daxilində liderlik uğrunda mübarizənin getdiyi danışılır ..
-Partiyada parçalanma yoxdur. Olsa-olsa yalnız yaxşı mənada rəqabət ola bilər. Bu isə tamamilə təbiidir. Hər kəs AİP sədri yükünün altına girmir. Mən özümü də buna layiq bilmirəm. Amma bu vəzifə mənə tapşırıldığı üçün onu ləyaqətlə icra eləməyə çalışıram.
Başqa birinin potensialı kifayət edərsə, niyə də öz namizədliyini irəli sürməsin. Partiya funksionerləri arasında heç vaxt vəzifə davası olmayıb. Aramızda iş prosesində olan fikir ayrılıqlarını müzakirələrlə həll edirik. Üzvlərimizdə də səhvlər ola bilər. Amma onlar da həll olunur.
-Opponetlərinizin hazırki partiya rəhbərliyinin siyasəti nəticəsində dindarların siyasi ruhunun sönməsi, onlara mitinqlərə çıxmağa icazə verməməyinizlə bağlı ittihamlar nə qədər həqiqətə uyğundur?
-Biz şəraitə, zamana uyğun hərəkət edirik. Siyasətimizi məşvərətlə aparırıq. Hər bir addımımızın izahı var. Vaxtilə çoxsaylı dindarları mitinqlərə çıxara bilmişik. İndi isə çoxsaylı mitinqlər, etiraz aksiyalarının vaxtı deyil.
Təzə Pir məscidinin həyətində «Qüds günü» ilə bağlı aksiyalarımız olurdu. O vaxt hökumətin bununla bağlı mövqeyi başqa idi. İndi situasiya dəyişib, artıq yalnız azsaylı qruplarla etiraz aksiyaları keçirmək olar.
Bizi ittiham edənlər Hacı Vaqifin dəfn mərasimində olsaydılar dindarların nə düşündüyünü eşidərdilər. Əgər cəmiyyət buna hazır olarsa, biz hər bir aksiyanın önündə getməyə hazırıq.
-Qurultayda radikal qrupların yeni bir İslam partiyası yaratmağa calışa bilərlərmi?
-Hər bir iş Allahın razılığı ilə baş tutur. Kim İslamın adından istifadə etmək istəsə, o, gec-tez ifşa olunacaq. Radikallıq doğru yol deyil. Buna görə də biz ağıl, təmkin yolu seçmişik. Mən bir fərd kimi başqa bir mövqe tuta bilərdim. Amma tutduğum mövqeyə görə cəmiyyət qarşısında məsuliyyət daşıyıram. Azərbaycanda İslamın inkişafına görə də məsuliyyət daşıyırıq.
Bəzi siyasi partiyalar cəmiyyətin etimadığı doğrutlmadığı üçün cəmiyyətdə dindarlar və qeyri dindarlar gözünü bizə dikib. Qurultay qabağı fəaliyyətimiz artıb, bu isə bəzi qüvvələri narahat edir.(islaminsesi)