Hacı Yusif Bağırov: ''Əgər bu işin arxasında onlar durmayıblarsa, o zaman rəzil filmi çəkənləri cəzalandırsınlar''
/Aran Agentliyi
Hacı Yusif Bağırov: "Əgər bu işin arxasında onlar durmayıblarsa, o zaman rəzil filmi çəkənləri cəzalandırsınlar"
HaqqYolu - Hacı Yusif Bağırov: "Əgər bu işin arxasında onlar durmayıblarsa, o zaman rəzil filmi çəkənləri cəzalandırsınlar"
Əziz İslam Peyğəmbəri (s) haqqında ABŞ-da yəhudi əsilli rejissor tərəfindən çəkilmiş təhqiramiz film bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narazılıqlara səbəb olmaqdadır.
İlahiyyatçı, "Qələm" nəşriyyatının direktoru Hacı Yusif Bağırov Deyerler.Org-a açıqlamasında deyib ki, bu film acizliyin açıq-aşkar nümunəsidir. “Məntiqi, düşüncəsi, fəlsəfəsi olan insan həmişə ağıl, dəlil, sübutla meydana gəlir. Bu rəzil filmin ərsəyə gəlməsi üçün maddi baxımdan yardım edən ABŞ və sionist rejim bir daha sübut elədi ki, onlarda məntiq və düşüncə deyilən şey yoxdur. İndi hegemon dövlətlər işi boyunlarından atırlar. Əgər bu işin arxasında onlar durmayıblarsa, o zaman rəzil filmi çəkənləri cəzalandırsınlar. Bununla öz mövqelərini sübut etmiş olarlar”. (deyerler)