Tarix : 2012 Sep 17
Kod 32780

Orta məktəblərdə hicab qadağası davam edir (Araşdırma)

Keçən il orta məktəblərdə hicaba qoyulan qadağa bu ildə davam edir
/Aran Agentliyi

Keçən il orta məktəblərdə hicaba qoyulan qadağa bu ildə davam edir.

Beləki keçən il olan qadağanın bu ildə qüvvədə olduğunu öyrənmək üçün xüsusi olaraq Xebername.az İnternet Qəzetinin baş redaktoru Seymur İsmayılov Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində orta məktəblərdə araşdırma aparıb.

252 saylı orta məktəb olub.Məktəbin mühafizəçisinin verdiyi məlumata əsasən bu il hicablı qızlar məktəbə gəlməyib.Valideylərdən biri mənimlə söhbətində bildirdiki: Uşaqlar və valideynləri bilirlərki hicabla məktəbə gəlməyə icazə yoxdu.Bu səbəblədə uşaqların məktəbə göndərmirlər.

Daha sonra 74 saylı orta məktəbə araşdırma aparılıb.Görünən odurki bu məktəbdədə hicablı qızlara icazə yoxdu . Burda oxuyan hicablı şagirdlərdə məlum qadağaya görə məktəbə gəlmirlər.

271 saylı orta məktəbdə isə vəziyyət tamam başqadır.Məktəbin valideynləri və qapıda duran işçi bildirir ki, burada oxuyanlar keçən il və bu il məktəbin qarşısına qədər hicablı gəlirlər,daha sonra isə hicabların çıxardaraq dərsə girirlər.Mənbələrimizin verdiyi məlumata əsasən məktəbin direktoru Səməndər Məmmədov şəxsən özü hicabın qadağan olduğun valideynlərə bildirib və deyibki bu əmr yuxarıdakılardan gəlib.

72 saylı məktəb-liseydə isə hicaba qadağanın olduğun məktəbin müəllimindən öyrəndik.Bildirdiki: Bəli şagirdlər hicabla dərslərə girmirlər,ancaq məktəbin qabağında hicabların çıxardılar daha sonra dərsə girmək üçün məktəbə daxil olurlar.Qeyd edək ki,bu məktəbin direktoru Polad Əjdərov hicab qadağası olmamışdan əvvəldə hicabı qadağan edib.Hətta hicabın qadağan olması mənbəmizin dediyinə görə onun ürəyincə olub.

Araşdırmanın nəticəsi bu olubki adların qeyd etdiyimiz məktəblərdə qızların hicabların çıxardırlar,bəziləri pariklərdən istifadə edirlər , bəziləri isə məktəbdən çıxırlar.Hər halda hələdə orta məktəblərdə hicab qadağası var.Bu isə ilk öncə təhsilimizə vurulan böyük bir ləkədir.Çünki hicablı qızlarımızın təhsil hüququ əllərindən alınır

Hazırladı Xebername.az İnternet Qəzetinin baş redaktoru Seymur İsmayılov

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Sep 17