Azərbaycan Respublikasında yeni dərs ili ərəfəsində daha bir məktəbli intihar edib
/Aran Agentliyi
Azərbaycan Respublikasında yeni dərs ili ərəfəsində daha bir məktəbli intihar edib.
Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpusunda qeydə alınıb.
2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun 183 saylı orta məktəbin 6-cı sinfində oxuduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Bu Azərbaycan Respublikasında yeni dərs ili ərəfəsində intihar edən ikinci məktəblidir. İki gün əvvəl də Tovuz rayonunda 13 yaşlı məktəbli qız özünü öldürüb.