Bakıda nəşr olan ifrat türkçü qəzet, Yeni Müsavat bu gün internet saytında xəbər verib ki, bəzi məlumatlara görə...
/Aran Agentliyi
Bakıda nəşr olan ifrat türkçü qəzet, Yeni Müsavat bu gün internet saytında xəbər verib ki, bəzi məlumatlara görə, Ankara Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi təklifi üzərində işləyir və Ərdoğanın Azərbaycan Respublikasına etdiyi son səfəri zamanı “bağlı qapılar” arxasında bu məsələ bir daha müzakirə olunub.
Mənbə əlavə edib : “ABŞ bölgəyə NATO hərbi bazalarını yerləşdirmək arzusundadır. Bu Rusiya və İrana qarşı Azərbaycanın qoyulması demək olardı. Odur ki, rəsmi Bakı bu kimi çağırışlara ehtiyatla yanaşmağa üstünlük verir.”
Məlumatda əlavə olunub : “ Ərdoğan – Əliyev görüşünün məhz Qəbələdə, Rusiyanın mövcud olduğu yeganə Azərbaycan ərazisində gerçəkləşməsi, eyni zamanda iki ölkə liderinin diplomatik jestlərlə qardaşlıqlarını nümayiş etdirmələri səfərin pərdəarxası barədə düşünməyə əsas verir.”
Rəsmi Bakı ilə rəsmi Ankara arasında yaranmış soyuqluğun da artıq arxada qaldığını yazan qəzet əlavə edib : “ABŞ - ın təzyiqi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı imzalanan protokollar Bakı və Ankara arasındakı münasibətlərə xələl gətirmişdi. Maraqlıdır ki, Ankara və İrəvan arasındakı yaxınlaşma tendensiyaları ilə bağlı Bakı məlumatı Rusiya xüsusi xidmət orqanlarından almışdı. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, burada Rusiya hərbi bazaları yerləşir və bu amil Amerikaya qarşı planın tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Bu baxımdan ABŞ Rusiyanın təcrid olunması üçün Türkiyə-Ermənistan yaxınlaşmasının zəruriliyini anlayır və bu həssas məsələdə Bakının mövqeyini nəzərə alacağını nümayiş etdirir!!”
Ekspertlərin fikrincə müstəqil xarici siyasət aparmaqda ciddi məhdudiyyətləri olan Azərbaycan Respublikası hökuməti Türkiyənin bu respublikada hərbi bazasının yerləşdiyi təqdirdə suvrenliyini tam itirmiş olacaq.