Tarix : 2012 Sep 17
Kod 32783

Azadlıq hörmətsizlik demək deyil

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazlrləri İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) haqda təhqir xarakterli filmlə mübarizənin forması ilə əlaqədar qərar çıxaracaqlar
/Aran Agentliyi

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazlrləri İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) haqda təhqir xarakterli filmlə mübarizənin forması ilə əlaqədar qərar çıxaracaqlar.

İRNA-nın məlumatına əsasən, İran İslam Respublikasının İƏT-dəki daimi nümayəndəsi Həmid Rza Dehqani bu gün deyib: Əziz İslam Peyğəmbəri (s) haqda təhqiramiz filmin müsəlmanlara mənfi təsirini nəzərə alaraq bu təşkilata üzv ölkələrin xarici işlər nazirləri Cibutidə keçiriləcək 39-cu iclasda, eləcə də BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək toplantısında bu məsələ ilə mübarizə barədə qərar çıxaracaqlar.

Dehqani sonra deyib: Qərb ölkələri həmişə bu ölkələrin konstitusiya və siyasi quruluşlarındakı söz azadlığından faydalandığını hesab etməyə çalışırlar.

"Onlar insanın diqqət mərkəzində olan simvollara hörmət bəslənməsi və dəyər verilməsinin zərurətini vurğuladıqları halda özləri buna əməl etmirlər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, o cümlədən İƏT indiyə qədər Qərblə azadlığın hörmətsizlik mənasında olmaması barədə ortaq bir məxrəcə gəlməyib.

  • Yazılıb
  • da (də) 2012 Sep 17