Tarix : 2012 Sep 17
Kod 32784

İslam ideologiyası ilə xalqa söykənən hakimiyyət qorunar - 2

Din, siyasət, din və siyasət rublikasından Akif Heydərli - Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə sədr müavini
/Aran Agentliyi

Din, siyasət, din və siyasət rublikasından Akif Heydərli - Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə sədr müavini

İslamçılar etiraf edərlər ki, İslam Partiyasının ən güclü dövrü məhz yarandığı və rəsmi dövlət qeydiyyatında olduğu ilk illərlə hesablanır. O zaman hər kəs çəkinmədən partiyaya daxil olur, özünü onun sıralarında görmək istəyirdi. Qeydiyyatın ləğv olunması, günahsız həbslər insanları nahaq şərdən uzaqlaşmaq üçün partiyadan uzaqlaşdırırdı. Amma islam əqidəsinə söykənənlər bu yoldakı bütün əziyyətlərin İlahi dərgahında haqqı təlim etmək kimi vacib bir vəzifənin uğrunda çalışmaqlığın çətin və məşəqqətli olmasından dinimizin tarixinə istinadən xəbərdar idilər. Əslində də ardıcıl həbslərin göz açmağa imkan verməməsi həm də bu ideologiyanın nə qədər güclü olmasından xəbər verirdi. Axı din azadlıq sevir. İnsanları əsarətdən, əsirlikdən qurtarır, onu oyuncağa çevirənlərə qarşı üsyana səsləyir. Odur ki, heç bir qeyri-islam ideologiyalı hakimiyyət islam siyasətinin idarəetmədəki rolunun artmasını istəməz. Sinfi ziddiyyətlərlə dolu cəmiyyətlərdən hakim zümrə həmişə faydalanmışdır. İslamın isə bir yolu-Allaha təslimçilik yolu vardır. Bu da azadlığın rəhnidir. Mahiyyət etibarı ilə insanıların vahid ədalətli qanunlarla yaşamasıdır. Eləcə hamı üçün vacib və bərabər olan, hamı tərəfindən əməl edilən qanunlarla, həmçinin dünyavi qanunlarla yaşamaöın özü də azadlıqdır. Amma İslamda bir çox normalar və qanunla əslində baxanda Qərbdəki cəmiyyətlərdə baş verən fəsadların qarşısını almaq üçün mötədildir ki, artıq həmin məkana inteqrasiya edən ölkəmizdə, cəmiyyətimizdə də baş verə bilər. Qloballaşmanın mahiyyətinin gizlinləri bu ideologiyanı irəli sürənlərin yaxın, uzaq məqsədlərinin mahiyyətinə varmadan ondan qaçılmaz olduğunu qeyd edirlər. Bu hərəkat İslam və ona əks olan qüvvələr tərəfindən ideoloji xətt olaraq yerinə yetirilir. Qalib tərəfin mahiyyəti qiyamətin yaxınlaşması və ya uzaqlaşmasını şərtləndirir. Başa düşmək lazımdır ki, İslam dini bəşəri din olduğu qədər bəşəriyyətin qorunması kimi vəzifə və mahiyyət daşıyır. Bu sadə fərddən tutmuş, kiçik cəmyyət-ailəyə qədər bütün hədəfləri düz yola istiqamətləndirmək deməkdir. Amerikada baş verən son olaya İslam Partiyası hadisələri öncələyərək siyasi məqsədlərə xidmət edən bu kumu situasiyaların yaranmasında ehtiyatlı olmağı, emosiyalara uymamağı bəyan emişdi. Bir gün sonra isə ABŞ səfiri öldürüldü. Və hadisələr səngimir. Bütün bünlar təsadüfi deyil, İslamın gözəlliklərini, əsl mahiyyətini gizlətməyə, müsəlmanları qeyrilərinə düşmən kimi qələmə verməyə xidmət edir. İslamın isə bir düşməni vardır ki, ədalətsizlik və zülmdür.

Qeyd etdik ki, İslamın siyasi platforması yaranışı ilə bağlıdır. İdeyası bəşəriyyətin xilasıdır. Böyük tarixi yol keçmiş islam siyasəti rəqiblərini, onların pis əməllərinin mahiyyətini tez ifşa etmişdir. Hiylə və savaş həmlələri qarşısında əyilməmiş, qurbanlar isə çox vermişdir. İmam Həsən(ə)la Muaviyənin xilafətin idarə olunması barədə sülh sazışınə İmamın tərəfdarları narahatlıqlarını bildirəndə ki, Muaviyə hakimiyyəti əldən verməyəcək, İmam buyurdu ki, mən bunu bilirəm, sülh həm İslamın qorunması, həm də Muaviyənin iç üzünü açmaq üçün lazım idi. O, heç zaman verdiyi, imzaladığı sözün üstündə durmayacaq. Və yaxud da ki, İmam Hüseyn(ə) yeziddən mərhəmətmi gözləyə bilərdi? Amma şəhadəti ilə İslam xilas oldu. Dindən çıxmış və ya ona yanlış istiqamət vermiş xəlifələr tarixdə tez ifşa olunmuşlar. Başlıca amil şəxsi iradələrini cəmiyyətə məcburi qəbul etdirmək sayılmışdır. İslam ideologiyası bunu -əsl nizamı Allah tərəfindən Quranın dili ilə deyir, fərdin əməlini cəmə tapşırır. Bu zaman bəzən cəm qınayıb fərdi düz yola çəkir, bəzən də fərd nümunəvi əməli ilə cəmi tərbiyə edirə. Bu, İslam əxlaqı, siyasətidir. Belə siyasət dövlətdən ayrı olsa, başda da ədalətsiz hakimsə vay dinin halına, o dövlətin, o hakimin istəyinə xədmət, həm də məcburi xədmət edər. Belə məkanda şərab içmək sivillik, zina azadlıq, rüşvət gəlir, namus boş söz, hakimiyyətin istəyi qanun sayılar. Buna görə də islam ideologiyası ilə dövləıti idarə etməyin mümkünsüzlüyü iddiası irəli sürülür. Əslində əbədi olan din və onun ideologiyasıdır. Hər növ diktatura isə müvəqqətidir və belə rejimlər dövlətçiliküçün çox təhlükəli bir sistemdir. Bu gün artıq çox araşdırmaya ehtiyac yoxdur. Çünki Misir, Tunis, Liviya, Bəhreyn nümunəsi vardır.

AİP-in 20 illiyi ilə bağlı ictimai-siyasi xadimlərdən də Azərbaycanda İslam siyasəti barədə rəy və təkliflər öyrənilmişdir. Bəziləri dinlə dövlətin birliyində və yaxud da ki, siyasi sistemin idarə olunmasında dini dəyərlərə önəmin idarəetmənin bütün qüsurlarının dinin üzərinə düşməsinə səbəb olacağını əsas gətirərək bunu qəbul eymirlər və mümkünsüz sayırlar. Vaxtilə Türkiyə Cumhuriyyətinin yaranması üçün Ataturkün din dövlətdən ayrıdır şüarı mühüm sayıldığından irəli sürülmüşdü. Bu şuar mahiyyətini itirir. Çünki insana antiislam mahiyyətini anladır. Məntiqi cəhətdən də bu, belədir.Necə ki, din cəmiyyətdən ayrı ola bilməz, cəmiyyət isə xalq, yəni dövlətin mənbəyi və mahiyyəti, göstəricisidir, deməli ya din arada qalmalı, ya da üçü birlikdə. Amma yuxarıdakı fikri söyləyənlər, görəsəın, İslam Partiyasının mövcudluğunun İslam dininə ləkə gətirə biləcəyini deyəndə bu ideoligiyaya sahib insanların,bütövlükdə İslamın rüşvətxorluğa, günahsız insanların həbsinə, cinayətkarların, oğruların cəzasızlığına, halalın harama qarışmasına, dövlət və ya xalqın malının talanmasına, namusunu qoruyanın cinayətkar adlandırılmasına, ailəsinin şərəfinə ləkə gətirənə isə haqq verilməsinə münasibətini nəzərdə tuturlarmı? Mən onlara da demək istəyirəm, bir cəmiyyətdə ki, ədalət, insan haqqı, hüququ tapdanacaq, mənəviyyat, ləyaqət, din, onun simvolları aşağılanacaq, dağıdılacaq, qadağan olunacaq, varlı kasıbı adam yerinə qoymayacaq, hakimiyyət xalqa xidmət əvəzinə onu öz quluna çevirəcək, torpaq, vətən əsarətdə qalacaq o cəmiyyətdə istər dövlətlə birlikdə, ya da dövlətdən ayrı olacaq din nəyə lazım, şəriət nəyə lazım.

Bu gün müasir azərbaycanlı ona təlqin olunan informasiyaya istinad edərək müsəlman dövlətlərinə münasibətini həmin dövlətlərin Qərbə, ABŞ-a, İsrailə olan münasibətləri ilə tənzimləyirlər. Maddi maraqları bir qırağa qoysaq həmin qütblərin əsgərlərinin, terror dəstələrinin İraqda, Əfqanıstanda, Fələstində, Liviyada, Suriyada, 30 il əvəl qunşu İranda törətdikıləri insanlığa, İslama zidd əməllərinin mahiyyətinin fərqinə varmamaq ya işin mahiyyətini bilməməkdən ( belə olsa dərd yarıdır), ya da Avropa mənəvi ab-havasının “uğurudur” (bu isə gələcək faciəmizdir).

AİP Azərbaycanda şəriət qanunları ilə idarə olunacaq dövlət sistemini yaratmaq proqramını qarşıya qoymamışdır. Və İslam təkcə şəriətdən ibarət deyil. Hüquq, əxlaq, iqtisadiyyat, fəlsəfə, nücum, astronomiya, təkamül (və s.) İslam siyasətinin tərkib hissələridir. Qanunlarımızın əksər hissəsi də məhz Qurandan əxz olunmuşdur. Hazırda elmin Qərb ölkələrində inkişaf tapması o demək deyil ki, müsəlmanların elmi yoxdur. Bünövrəsi Şərqdə qoyulan əxlaqın, fəlsəfənin, digər elmlərin Qərbdə öyrənilməsi və inkişafı siyasi situasiyaların, qeyri-normal inteqrasiyaların nəticəsidir. Bundan bizlər də nəticə çıxarmalı, özümüzə düşmən kəsilərək fərdin və toplumun təkamülünə maneə deyil, şərait yaratmalıyıq.

İslaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Sep 17