DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Massalıda baş verən həbslərə etirazla bağlı bəyanat qəbul edib
m/Aran agentliyi
Xəbər verildiyi kimi, Masallıda qondarma ittihamlarla artıq 6 nəfər dindar həbs edilmişdir. Öncə həbs edilən Araz Quliyev, Ziya Tahirov və Rza Ağalıdan əlavə, Xalid Kazımov, Surac Ağayev, Quliyev Vüsal adlı daha 3 inanclı polis tərəfindən saxlanılıb. Onların ictimai fəal olduqlarına görə həbs olunduğu bildirilir. Həbs olunanlara əsasən xuliqanlıq kimi anlaşılmaz ittihamlar irəli sürülür.
DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Massalıda baş verən həbslərə etirazla bağlı bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, DEVAMM tərəfin dən bu həbslər insan haqlarının və qanunçuluğun kobud surətdə pozulması kimi qiymətləndirilir.
Sənəddə qeyd edilir ki, bu həbslər qüvvədə olan qanunvericiliyin aşkar olaraq pozulmasıdır və əslində insanların ictimai fəaliyyətinə görə təqib etmək niyyətini güdür.
Bəyanatda həbs edilən bütün dindarların təcili azadlığa buraxılması ilə bağlı əlaqədar qurumlara çağırış edilir.(deyerler)