m/Aran agentliyi
Dünən (17 sentyabr) Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi keçirilib. Ruhani baş verənlərin dəqiqliyi ilə bilinməsinə görə Əzizov Nadir, Şabanov Rafiq, Əliyev Eldar və Hüseynov Abdulu məhkəmədə iştirak etməsini hakimdən tələb edib.
Dünənki məhkəmə iclasında Ramin adında hal şahidinin ifadəsi oxunub. Şahid yazılan ifadəni təkzib edib və deyib: "Polislər məni bölməyə çağırıb, ağ vərəqə imza atdırdılar. Mən Hacı İlqardan nəyinsə çıxmasını görməmişəm".
Məhkəmə iclasında çox sayda ruhani və dindar iştirak edib.
Hacı İlqar Əliyev məhkəmə iclasında iştirak edənlərə deyib: "Allahın salamı olsun bütün möminlərə. Ömrümün ən gözəl günlərini yaşayıram. Ön gözəl günlərim zindanda keçirdiyim günlərimdir".
Növbəti məhkəmə iclası oktyabr ayının ikisi saat 9:00-a təyin olunub.(islamazeri)