Azərbaycan Respublikasında Ziyalılar Forumunun banilərindən olan Eldar Namazov Ramil Səfərovun əfvi barəsində Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq hakim ...
/Aran Agentliyi
Azərbaycan Respublikasında Ziyalılar Forumunun banilərindən olan Eldar Namazov Ramil Səfərovun əfvi barəsində Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq hakim partiya ilə müştərək bəyanatın verilməsi ilə əlaqədar hökumətə müxalif partiyaların bir qrupunun son hərəkətini tənqid edib.
Azadlıq qəzetinin yazdığına görə Eldar Namazov deyib: Şübhəsiz ölkəyə hakim rəsmilər qanun pozuntuları, insan haqları və mətbuat azadlığını pozan məsələləri ört-basdır etmək və öz xüsusi məqsədlərini izləmək üçün müxalif qüvvələrin mövcudluğundan sui-istifadə edirlər.
Namazovun iddiasına görə, Avropa Parlamenti hər bir beynəlxalq təşkilatdan daha çox Azərbaycanın Qarabağ məsələsi ilə əlaqədar mövqeyini dəstəkləyib. Başqalarının əksinə olaraq Ermənistanı Azərbaycan torpağına təcavüzkar tərəf kimi tanıyıb. Lakin azadlıq, demokratiya və normalara və beynəlxalq hüquq qaydalarına riayətin olunması məsələsində digər hər bir orqandan daha çox rəsmi Bakını tənqid edib.
Namazovun sözlərinə görə, asanlıqla ehtimal etmək olar ki, rejim belə bir bəyanatı, özü də müxaliflərin əli ilə Avropa Parlamentinə qarşı dərc edib.
Qeyd etmək lazımdır ki, bir qrup hökumət tərəfdarı və müxalifət partiyası, Vətən, Ədalət, Böyük Quruluş, Müsavat, Xalq Cəbhəsi, Liberal, Mədəni İnkişaf, İctimai Rifah partiyaları hakim Yeni Azərbaycan partiyasının təşəbbüskarlığı ilə Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanat veriblər.
Avropa Parlamenti öz qətnaməsində 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri çərçivəsində erməni zabitini öldürdüyünə görə Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasını tənqid etmişdi.