Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür
/Aran Agentliyi
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür. Həmin mübarək tarix bu il sentyabr ayının 18-nə təsadüf edir. Bu günü bütün müsəlmanlar bayram olaraq qeyd edir.
Mübarək mövlud günündə Nardaran ağsaqqallarından Kərbəlayi Natiq Kərimov Xanım Məsumənin (s.ə) mövludu ilə bağlı təbrikini Deyerler.Org-la bölüşüb: “Bismilləhir-Rahmnanir-Rahim. Xanım Məsumənin (ə) mövludu bütün İslam sevərlərin, Peyğəmbər (s) sevərlərin, Əhli-beyt (ə) sevərlərin bayramıdır. Biz Naradaran camaatının Xanım Məsuməyə (ə) böyük məhəbbəti var. Xanım Məsumə (ə) əziz Peyğəmbərimizin (ə) nəvələrindəndir, İmam Rzanın (ə) bacısıdır. Azərbaycandan Məşhəd şəhərinə İmam Rzanın (ə) ziyarətinə gedən insanlar, birinci növbədə Qum şəhərinə Xanım Məsuməni (ə) ziyarətinə gedirlər. İmam Rzanın (ə) da belə bir göstərişi var ki, mənim ziyarətimə gəlməmişdən öncə bacım Məsumə (ə) xanımı ziyarət edin. Bütün müsəlmanları bu bayram münasibətilə təbrik edirəm, xalqımıza Xanım Məsumədə (ə) olan dəyanəti arzulayıram, inşallah”.
Deyerler.Org