/Aran Agentliyi
Artıq bu cür rəftar günümüzdə dəbdən düşüb
HaqqYolu - Əziz İslam Peyğəmbəri (s) haqqında ABŞ-da yəhudi əsilli rejissor tərəfindən çəkilmiş təhqiramiz film bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük narazılıqlara səbəb olmaqdadır.
Masallı rayonu ruhanilərindən Hacı Sərdar Hacıhəsənli Deyerler.Org-a açıqlamasında deyib ki, düşmən bu yolla mübarizə aparmaq istəyir, amma bu heç bir bəhrə verməyəcək. “Biz bu məsələni təbii ki, pisləyirik. Bu hadisə müsəlmanlara qarşı dözümsüzlüyün, aqressiyanın, qısqanclığın göstəricisidir. Artıq bu cür rəftar günümüzdə dəbdən düşüb. Bu, onların İslamın bəhrə verməsini özlərinin də qəbul etmələrinin göstəricisidir. İslam bugünkü müasir dünyada öz sözünü deyib. İslam bugünkü müasir dünyada hamını özünə cəlb edəcək, hamını idarə edəcək qədər qüdrətə malik olduğunu sübuta yetirib. Bunlar bu yolla mübarizə aparmaq istəyirlər, amma bu heç bir bəhrə verməyəcək. Düşmənlər istəklərinə nail olmayacaqlar. İslam öz izzətini daha da qoruyacaq.
Belə halların qabağını almaq üçün işin bir tərəfi müsəlmanların üzərinə düşür. Digər tərəfi isə mənfur insanların üzərinə düşür. Müsəlmanlar bir müsəlman kimi öz həqiqi kimliklərini bundan artıq təsdiqləməlidirlər. Bundan artıq vəhdətə malik olmalıdırlar, bundan artıq düşmən fitnəsinə uymamalıdırlar. Bu, özü onlara qarşı bir mübarizədir”.