Tarix : 2012 Sep 18
Kod 32816

Rusiya Ermənistandan balıq idxalına qadağa qoydu

Ermənistandan aparılan balıqlarda bakteriya tapılıb
/Aran Agentliyi

 

Ermənistandan aparılan balıqlarda bakteriya tapılıb

Rusiyanın Baytarlıq Xidməti İslandiyanın “Vinnslustooin HF” və Ermənistanın “Akvatexavtomatika” QSC şirkətlərinin məhsullarının idxalına qadağa qoyub. Qadağa sentyabrın 27-dən qüvvəyə minir.

Rusiya hökumətinin məlumatına görə, İslandiyadan gətirilən skumbriya balığı və Ermənistandan gətirilən alabalıqda (forel) bağırsaq çöpləri qrupuna aid bakteriyalar tapılıb. Bu şirkətlər əvvəllər Rusiyanın tələblərini pozan müəssisələrin “qara siyahı”sına daxil edilmişdi.

Rusiyanın müvafiq strukturları Braziliya, Danimarka, Litva, Ukrayna, Çin və İspaniyadan gətirilən ət və balıq məhsullarına da nəzarəti gücləndiriblər.

ANS

  • Yazılıb
  • da (də) 2012 Sep 18