Tarix : 2012 Sep 18
Kod 32819

Lənkəranlılar etirazlarını bildirdilər

Azərbaycan İslam Partiyasının Lənkəran Şöbəsi və Lənkəran ictimaiyyəti 17 sentyabr 2012-ci ildə toplantı keçirərək Muhamməd Peyğəmbər (s) barəsində ABŞ-da çəkilən əxlaqsız ...
/Aran Agentliyi

Azərbaycan İslam Partiyasının Lənkəran Şöbəsi və Lənkəran ictimaiyyəti 17 sentyabr 2012-ci ildə toplantı keçirərək Muhamməd Peyğəmbər (s) barəsində ABŞ-da çəkilən əxlaqsız və təhqiramiz filmə etiraz olaraq bəyanat veriblər. Bu haqda İslaminsesi.az-a AİP Lənkəran rayon komitə sədri Hacıyev İlham məlumat verib.

Tarixlər boyu insanlar arasında oz əxlaqi dəyərləri və insani kefiyyətləri ilə seçilən insanlar olmuşdur.

Öz zamanlarında və onlardan sonra yaşayan sağlam düşüncəli və özünə qiymət verməyi bacara bilən insanlar onlara hörmət etməyi və onlardan nümunə götürməyi özlərinə vəzifə bilmişlər. İnsanlar arasında öz əxlaqi və insani kefiyyətləri liə insanlıq aləminin ən yüksək zirvəsində qərar tutan şəxs İslam Peyğəmbəri Muhəmməd salavatullahdır ki, dünyanin böyük mütəfəkkirləri, filosofları və mədəni insanları bu həqiqəti etiraf etmişlər. Müqəddəs Qurani Kərimdə bu həqiqət belə bəyan olunur: “həqiqətən sən(bütün insani əxlaq fəzilətlərinin cəm olunduğu) böyuk bir əxlaqa maliksən”

(qələm surəsi, 4-cü ayə)

Bütün bunlara əsasən,qeyd edirik ki,dinindən, irqindən,mənsubiyyətindən aslı olmayaraq bütün saglam düşüncəli insanların o Həzrətə hörmət etməsi vacib bir əməldir. Amma təəsüflər olsun ki, özünü insan hüquqlarını qoruyan, müdfiyə edən və insanları rifaha və xoş gələcəyə aparmaq niyyətində olduğunu iddia edən qərb aləmində, xüsusən də ABŞ-da bunun əksi müşahidə olunur.

Məlum olduğu kimi, ABŞ-da, özü yəhudi olan Sam Bacile adlı kinorejissor sionizim ideologiyasına xidmət edən təşkilatların və şəxslərin himayəsi ilə İslam Peyğəmbərinin (s) şəxsiyətini və müqəddəsliyini təhqir edən, o Həzrətə nisbət verilən əxlaqsiz və mənəviyyatsız səhnələri nümayiş etdirən “Müsəlmanların məsumluğu”adlı filmini lentə almışdı.

Onlar bununla təkcə Həzrəti Peyğəmbəri (s) və müsəlmanları deyil, bəlkə dinindən aslı olmayan mədəni və ali dəyərli insanları təhqir etmişlər.

Müasir zaman ki, dünya qloballaşmağa doğru getdiyi və bütün dünyanın müsəlman və qeyri müsəlman ölkələrinin qarşılıqlı mədəni, iqtisadi və siyasi əlaqələr qurmaq vastəsi ilə ədalətli və sülh dolu bir dünyanın qurulmasını istədiyi və xüsusən dünyada İslami oyanışın getdiyi və dünya xalqlarının İslama diqqətinin artdığı halda , bu cür düşmənçilik toxumu səpən, təxribat törədən, müsəlmanlarla qeyri müsəlmanlar arasında qarşıdurma yaradan,Quran yandırma, Peyğəmbər kimi müqəddəs şəxsi karikatura və təhqiramiz filmi çəkmək kimi nəlayiq işlər yolverilməzdir.

Bu mənfur işləri törədən İslamın və insanlığın düşmənləri istəyirlər ki, islamın həqiqi simasını ləkələyib İlahi nuru söndürsünlər. Amma bundan qafildirlər ki, Uca Allah höccətini və yer üzünün Ali Baş Komandanı olan İmam Zaman əlehisalamın zühuru ilə bütün yer üzərində sülh, ədalət dünyasını bərqərar edərək,İlahi nuru tamamlayacaqdır.

Biz, toplantı iştirakçıları bəyanat verərək, bildiririk:

Bu işləri törədənlərin və buna razı olanların Qiyamət günü Allah Rəhmətindən və Peyğəmbər şəfaətindən uzaq olmalarını diləyirik. Bütün insan hüquqlarını müdafiyə edən təşkilatlara bildiririk ki,son illərdə İslami oyanışdan qorxuya düşən İslam düşmənləri xüsusən sionizm İslamın gözəl mədəniyyətini ümumbəşəri dəyərlərini sual altına aparmaq üçün böyük sərmayə ilə dünyada təxribat işləri aparırlar və bu işlərin qarşısının alınması üçün Beynəlxalq təşkilatlardan bu təhqiramiz işləri qadağan edən qanunların qəbul edilməsini və ona əməl olunmasını tələb edirik.

İslaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Sep 18