Tarix : 2012 Sep 18
Kod 32822

Ey Allahın Peyğəmbəri, viran edilmiş evlərimiz də şəhadət verir ki, susmayacağıq - Nəsrullah

Livanın cənubunda keçirilən izdihamlı mitinq zamanı ''Hizbullah'' lideri Seyid Həsən Nəsrullah gözlənilmədən xalqın qarşısına çıxıb
/Aran Agentliyi

Livanın cənubunda keçirilən izdihamlı mitinq zamanı "Hizbullah" lideri Seyid Həsən Nəsrullah gözlənilmədən xalqın qarşısına çıxıb

HaqqYolu - Livanın cənubunda keçirilən izdihamlı mitinq zamanı "Hizbullah" lideri Seyid Həsən Nəsrullah gözlənilmədən xalqın qarşısına çıxıb.

"Al-Manar" televiziyasının verdiyi xəbərə görə, Həzrət Peyğəmbəri (s) təhqir edən filmə etiraz etmək üçün təşkil olunan mitinqə yüz mindən artıq adam toplaşıb.

Nəsrullahın gözlənilmədən xalqın qarşısına çıxması xalqı coşdurub və bir neçə nəfər həyəcandan bayılıb.

"Hizbullah" lideri çıxışı zamanı ABŞ və İsraili kəskin şəkildə pisləyərək “Müsəlmanların məsumluğu” filminin çəkilməsində məhz onların müqəssir olduğunu bildirib. Nəsrullah qısa çıxışının sonunda Həzrət Peyğəmbərə (s) xitab edərək deyib: "Ey Allahın peyğəmbəri! Canım və qanım, atam və anam, ailəm və övladım, hər şey sənə fəda olsun. Allah şahiddir və şəhidlərimizin qanı, əlillərimizin yarası və viran edilmiş evlərimiz də şəhadət verir ki, susmayacağıq və son damla qanımıza qədər səni müdafiə edəcəyik".(SalamNews)

  • Yazılıb
  • da (də) 2012 Sep 18