Tarix : 2012 Sep 19
Kod 32833

''Xalqı bu qədər küsdürmık olmaz''

Elçin Manafov: ''İctimai fəalların haqsız həbsləri o qədər artıb ki, artıq buna heç kim təəccüblənmir
/Aran Agentliyi

Elçin Manafov: "İctimai fəalların haqsız həbsləri o qədər artıb ki, artıq buna heç kim təəccüblənmir

HaqqYolu - Elçin Manafov: "İctimai fəalların haqsız həbsləri o qədər artıb ki, artıq buna heç kim təəccüblənmir. Hətta belə hadisə baş verməyən gün narahat oluruq ki, nə əcəb həbs olunan yoxdur, tətildir?"

“İctimai fəalların haqsız həbsləri o qədər artıb ki, artıq buna heç kim təəccüblənmir. Hətta belə hadisə baş verməyən gün narahat oluruq ki, nə əcəb həbs olunan yoxdur, tətildir?” – Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsindən danışarkən belə deyib.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsini birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Elçin Manafov “Media forum” saytına deyib ki, Azərbaycan İslam Partiyası azərbaycanlı xanımın, gənc qızın haqsız həbsini pisləyir: “Fərqi yoxdur ictimai şəxsdir, yaxud sadə insandır haqsızlığa uğrayan. İstər-istəməz insanların qəlbi sınır, onlar hakimiyyətə qarşı aqressivləşir. Ona görə də belə hallara yol verilməməlidir. Belə qərarlar verənlər anlamalıdırlar ki, ölkəsinə, onun vətəndaşlarına xəyanət edir. Həm vətəndaşlar əziyyət çəkir, narahat olur, mənəvi zərbə alırlar, həm də hakimiyyətə qarşı inamsızlıq, etimadsızlıq yaranır. Bu, hakimiyyətin özünə də ziyandır. Xalqı bu qədər küsdürmək olmaz, qarşıdan prezident seçkisi gəlir”.

Sədr əvəzi Azərbaycan İslam Partiyasının Nigar Yaqublunun müdafiəsində kənar qalmayacağını deyib: “Köməyimizi əsirgəmərik, bu işə biganə qalmarıq”.(faktxeber)

  • Yazılıb
  • da (də) 2012 Sep 19