Tarix : 2012 Sep 19
Kod 32842

27 Şəhrivər-Ustad Şəhriyarın anım günü

Ustad Şəhriyar bir çöx şer və fikirlərində özünü iranlı ruhlu və damarlarında iranlı qanı axan bir şəxs kimi tanıdır və hər növ təfriqə yaradan...
/Aran Agentliyi

Ustad Şəhriyar bir çöx şer və fikirlərində özünü iranlı ruhlu və damarlarında iranlı qanı axan bir şəxs kimi tanıdır və hər növ təfriqə yaradan, hədə, ayrılıq iyi gələn söhbətlərin təhlükəsi barədə xalqa xəbərdarlıq edir.

Müəllif: Müseyibpur Əqdəm

Azərbaycan həmişə İslam kimliyini və İran əsilli olmasını qorumuşdur və onun böyük şəxsiyyətləri bu cəbhənin öndərləri olmuşlar. Ustad Şəhriyar şer və müasir ədəbiyyatın belə şəxsiyyətlərindəndir və öz şerləri ilə yadlar və yadpərəstlərlə mübarizəyə qalxıb. 27 Şəhrivər bu arif şairin vəfatı münasibətilə fars şeri və ədəbiyyatı günü  və dahi şairin anım günü adlanmışdır.

Şəhriyarın qəzəldə və fars şerində zəbərdəst ustad olmasıdan əlavə, ürəyəyatan türk dili şerində də güclü məharəti olmuşdur. Bu da son illər Azərbaycan Respublikasının bəzi anti-İran dairələrinin öz təbliğatlarında davamlı surətdə Şəhriyarı azərbaycanlı şair kimi qələmə vermələrinə səbəb olmuşdur. Bir sıra təntənəli konfrans və mərasimlərin təşkil edilməsi, onun şerlərinin oxunması (hətta bəzən şerlər dəyişdirilir), ölkənin bəzi küçə və xiyabanlarını onun adı ilə bağlanması Şəhriyarın bir büynəlxalq şair kimi tanınması üçün yox (əgər belə olsaydı, dəyərli bir hərəkət olardı), separatçı təfəkkür məqsədi daşıyır. Ustad Şəhriyara nisbət vermək istədikləri qeyri-həqiqi təfəkkürün nümunələrindən biri də bu ölkənin "Ata Yurdu" dərslik kitabında verilmişdir ki, ta bu regionun övladlarınıın zehinlərini uşaqlıqdan saxta siyasi tarixlə doldursunlar. Bu arada ustadın şerlərində saxtalıqlar yaradılmış, şairin həyatındakı davranışları və onun şerlərini öz xeyirlərinə müsadirə etməyə çalışıblar. "Ata Yurdu"  kitabında deyilir: "Ustad Şəhriyar öz incə ruhu ilə cənubi və şimali Azərbaycanın ayrılmaz oduğunu təsvir edib və Araz çayını bu bölgə əhalisinin ayrılıqdan həmişə qan ağlayan göz yaşlarına oxşadıb" . Kitabın digər bir hissəsində yazılır: "Ustad Tehranda yaşadığı vaxt Tehran və İranın Azərbaycanın sərvəti ilə idarə olunduğunu, lakin Azərbaycanın özünün xarabalığa çevrilməsini görəndə doğuluduğu yerə qayıtmaq fikrinə düşür" .  Bu hissələrdə aydın görünür ki, şairi millətçi və separatçı bir şəxs kimi tanıtmağa çalışıblar.

Lakin Ustad Şəhriyarın şerləri digər bir həqiqəti açıqlayır. Şair, bir çöx şer və fikirlərində özünün iranlı ruhlu və damarlarında iranlı qanı axan bir şəxs kimi tanıdır və hər cür təfriqə yaradan, hədə, ayrılıq iyi gələn söhbətlərin təhlükəsi barədə xalqa xəbərdarlıq edir. O, Azərbaycan xitab edərək deyir:

Sənin məhəbbətindən uzaqda mənim canım nalə edər, yuvada qanadı sınmış quş kimi.

Sən  zərdüştlüyün mübarək beşiyisən, sənin övladların İranın və pak Aryan irqi ayininin oğullarıdı.

Böyük sərdar  Səttərxanın möhkəm iradəsi  İran tarixinə qalın həriflərlə düşdü.

Bu həmin Təbrizdir ki, onda Xiyabani kimilər pərvanə kimi vətən şəmində canlarını səpdilər.

Bu həmin Təbrizdir ki, cavanlarının qanını hələ də Araz çayında və Muğan çölündə lalə kimi görürsən .

Şəhriyar yuxarıdakı şerinin bu hissəsini özünün "coşan iranlı qanı" adlandıraraq deyir:

Bu “İranlı qanının coşması” qəsidəni, cavan İranın ayağına gövhər səpən istədim.

Şəhriyar, atəş sudan  qorxduqca,  cavan və pak İran torpağı beşiyimiz olsun! .

Bunlardan əlavə, İslam İnqilabının qələbəsindən sonra da özünün gövhərli şerlərinin dili ilə İran İslam Respublikasının müqəddəs hökumətinə böyük xidmətlər göstərmişdir. Özü bu barədə deyir: "Əlhəmdulillah, hələ şer ilhamı və kəkələyən dil hələ vardır və inqilabdan bu tərəfə də mən qələmlə cihaddan bir an da dayanmamışam".

Adı dillər əzbəri olan şair, şer və xalqın şah əsəri şerində deyir: "Şerin həqiqəti ürəkdən gələn və ürəyə oturan şerdir. Mən bu inqilab dövründə bu şerdən yüksək bir şer görmədim ki, camaat bir səslə deyidilər:

Xudaya, Xudaya

Ta inqelabi Məhdi

Xomeyni ra negəhdar.

İlahi, İlahi

Məhdinin inqilabına qədər

Xomeynini qoru.

Bu şer məni yüz dəfələrlə dəyişdirmişdir və heç bir qəzəl mənə bu qədər təsir etməmişdir".

Ustad Şəhriyar imam Xomeyniyə (rh) ürəkdən bağlı olub və onu Böyük Rəhbər və Bütsındıran Xomeyni kimi xatırlayıb.

Bu böyük rəhbər, bütsındıran Xomeyni

Öz aman xəttini imam Zamandan aldı

Vəlinin qollarını çırmamış pəncəsidir

Axirəz-zamandakı fitnənin boynunu qırdı

Ustad Şəhriyar o zaman ölkənin prezidenti və Tehranın imam cüməsi olan Ali Məqamlı Rəhbər Xameneiyə də  xüsusi sevgisi olub və öz şerlərinin birində belə deyir:

Dər ruku və sucudi Xamenei

Mən həm əz dur sərnigoni diləm

Xasse vəqti qunuti u ki əz ğiyəb

Dəstha mişəvəd sutuni diləm

U be yek dəst və mən hezaran dəst

Ba vey əfşanəm əz butuni diləm

Ustad Şəhriyar Qafqazın İrandan ayrılması mövzusuna da "Şeytan əlifbası" şerində işarə edərək deyir:

Küfür gördüz necə çiy-çiy yedi İslam cigərin

Siz də küfrün cigərin indi kabab etməlisiz

Aparıb Qafqazı cəng ilə cavab etdi bizə

Siz də şeytana cihad ilə cavab etməlisiz

Bu şerdə aydın görünür ki, ustad Qafqazın İrandan ayrılması barədəki fikirlərini, İran və inqilaba sevgisini bu şerlərin dili ilə bəyan etmişdir.

Əlbəttə, ustad öz ana dilinə olan sevgisini gizlətmir, amma İran və iranlı olmağına bağlılıq və sadiqliyini də açıqlayır.

Türk dili çox əzizdir və ana dilidir

Lakin əgər İran deməsə, lal olsun bu dil.

  • Yazılıb
  • da (də) 2012 Sep 19