Tarix : 2012 Sep 19
Kod 32843

Bakı sakinləri Prezident Aparatı qarşısında aksiya keçiriblər

Bakıda Xətai rayonu, Cavanşir küçəsində 4 saylı yataqxananın sakinləri sentyabrın 18-də Prezident Aparatı qarşısında aksiya keçirməyə cəhd ediblər
/Aran Agentliyi

Bakıda Xətai rayonu, Cavanşir küçəsində  4 saylı yataqxananın sakinləri sentyabrın 18-də Prezident Aparatı qarşısında aksiya keçirməyə cəhd ediblər.

Polis əllərində  "Biz ölmək istəmirik!" kimi şüarlar tutan sakinlərin aparat binasının önünə keçməsinə imkan verməyib.

Sakinlərin hüquqlarını müdafiə edən komissiyanın sədr müavini Hafiz Xanquliyevin Turan-a verdiyi məlumata görə, sakinlər qəzalı vəziyyətdə olan binanın bərpa-gücləndirmə işlərinin dayandırılmasını və onları yeni evlərlə təmin edilməsini tələb ediblər.

Qeyd edək ki, 2000-ci il zəlzələsində qəzalı vəziyyətə düşən binanın sakinləri üçün yeni mənzillərin tikintisi məqsədilə Bakı meri Hacıbala Abutalıbov 40 sot torpaq sahəsinin ayrılması sərəncamını verib. Ancaq ayrılan torpaq sahəsinin 9 sotunda tikilən binaya 80 ailə köçürülüb, 79 ailənin köçürülməsi isə baş tutmayıb.

Bakıda baş vermiş  2000-ci il zəlzələsindən 12 il ötsə də hələ evləri qəza vəziyyətinə düşmüş sakinlər mətin şəraitdə  saxlanılıblar.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Sep 19