Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə etriaz əlaməti olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında ...
/Aran Agentliyi
Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə etriaz əlaməti olaraq sentyabrın 18-də Parisdə Ermənistan səfirliyi qarşısında Azərbaycan və qardaş türk icmalarının birgə izdiahmlı mitinqi keçirilib.
SalamNews-un məlumatına görə, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, “Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!”, “Ermənistan terrorçu dövlətdir!”, “Xocalıya ədalət!”, “Qarabağ bizimdir, bizim də olacaqdır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarların səsləndiyi mitinqdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin himni səsləndirilib.
Aksiaynı açan Fransadakı Azərbaycan icmasının fəal üzvü Mirvari Fətəliyeva-Pur mitinqdə Alamniyadan, İsveçrədən, İsveçdən, Hollandiyadan, Belçikadan, İngiltərədən, Lüksemburqdan Azərbaycan və türk icmalarının yüzlərlə üzvünün gəldiyini, Fransadakı azərbaycanlıların və türklətin də onlara qoşulduğunu diqqətə çatdırıb.
Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından silah gücünə zorla çıxarıldığını xatırladan Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı beynəlxalq qurumların siyasətini terror üzərində quran, ərazisini başqa bir ölkənin torpaqları hesabına genişləndirməyə can atan Ermənistanı dəstəklədiklərini, Azərbaycanın haqq səsini qulaqardına vurduqlarını bildirib, bütün dünya ölkələrinin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın ASALA terror təşkilatını dəstəkləməsinin yolverilməz olduğunu diqqətə çəkib.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı demokratik bir ölkə kimi tanınan Fransanın dünyaya nəhəng simalar- filosof-maarifçilər, şairlər və yazıçılar, rəssamlar və heykəltəraşlar verdiyini xatırladıb, Avropa dövlətlərinin Azərbaycana qarşı ikili siyasət yeritdiyni xüsusi vurğulayıb, Fransanın 20 ildən artıq ATƏT-in Minsk qrupuna üzv ölkələrdən biri olmasına baxmayaraq daim Ermənistanı dəstəklədiyini, bu işğalçı dövlətə hərtərəfli yardım göstərdiyini bildirib.
Beş yüzdən çox azərbaycanlı və türkün iştirak etdiyi etiraz aksiyasının sonunda Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyannamə oxunub.
SalamNews