/Aran Agentliyi
Bunu İslam Partiyasının sədri vəzifəsini icra edən Elçin Manafov bildirib
HaqqYolu - Məlumdur ki, ABŞ-da yəhudi milliyətindən olan birisinin islam peyğəmbərini aşağılayan, təhqir edən film çəkilmişdir. Dünyanın hər yerində buna qarşı etiraz dalğası başlanmışdır. Azərbaycanda vəziyyət necədir?
Əvvəla qeyd edim ki, ölkə miqyasında bu iyrənc addıma ilk olaraq Azərbaycan İslam Partiyası öz münasibətini bildirdi. Biz Sentyabrın 12-də bunu müzakirə edib etiraz bəyanatı yaydıq. Bir sıra ictimai təşkilatlar, din xadimləridə münasibət sərgiləmişlər.
-Xahiş edirəm dünən ABŞ səfirliyi qarşısında keçirilən aksiya barədə də münasibətinizi bildirəsiniz.
-Olduqca əhəmiyyətli və zəruri bir aksiya idi. Beləki dünyanın bir çox yerlərində müsəlman və qeyri müsəlman ölkələrində müxtəlif şəkillərdə etiraz aksiyaları keçirilmiş, ABŞ səfirliklərinə hücumlar olmuş, bir çox hallarda da Amerika rəsmilərinin qətli ilə nəticələnmişdi. Bütün bunlar məsələnin olduqca ciddiliyini bildirir, dözülməz olan bu təhqirlər təbii olaraq dünyanın hər yerində insanlarin hiddətinə səbəb olmuşdur.
- Partiya bu aksiyada iştirak edirdimi?
-Əlbəttə. Bu aksiyada bütövlükdə partiya olaraq iştirak etməsək də fərdi qayda da iştirak edənlərimiz, hətta, polis tərəfindən təzyiqə məruz qalan və müəyyən müddətə saxlanılanldanarımız da oldu.
- Sizcə aksiya lazımı şəkildə keçirildimi?
- İslam əqidəsinə görə əsas məsələ- vəzifənin icra edilməsidir. Nəticə isə Allahındır. İmam Hüseyn (ə)-da cihada qalxanda düşünmədi ki, bu boyda bəni ümməyyə reiminə qarşı nə edə bilərəm. İslam öz müqəddəs vəzifəsinə əməl etdi. Hətta qanlı Aşura günündə də saylarının 72, düşmən tərəfin isə 30 min olması onu öz fikir və əqidəsindən, müqəddəs mövqeyindən döndərə bilmədi. Müharibə Özü və dostlarının şəhadəti ilə nəticələnsə də tarixə məğlub deyil, qalib kimi səbt olundu. Dünənki aksiyaya gəlincə, düzdür sayımız bundan da artıq olmalı idi. Çünki Muhəmməd Peyğəmbər (s) təkcə mömin və namaz qılanların deyil hamının Peyğəmbəri olmuşdur. Deməli bütün azərbaycanlıların boynunda olan vəzifəsi idi ki, iştirak edələr.
- Dünənki asiyada polislərin təzyiq və zorakılıqlarının da şahidi olduq. Buna münasibətiniz necədir?
- Əlbətdə ki,münasibətim qəti şəkildə mənfidir. Mən hətta bunu təəccüb və təəssüflə qarşıladım. Qeyd olunduğu kimi bu etirazı dünyanın hər yerində ediblər. Hətta müsəlman olmayan ölkələrdə belə bu təbii qarşılanıb. Bizdə isə müsəlman ola-ola buna ciddi şəkildə mane olurlar. Qoymadılar ürəyimiz istədiyi şəkildə etirazımızı bildirək.Dünənki mənzərə onu göstərir ki, dünyanın heç bir yerində ölkə rəsmiləri Azərbaycan qədər Amerika səfirliyinə bu qədər sadiqlik göstərməmişlər.Amerika məmurları səfirliyinin təhlükəsizliyi üçün ağla gəməz tədbirləri belə görmüşdülər. Bu cür can fəşanlıqları görəndə dostlardan birinin sözü yadıma düşdü: Bunlara “ başdan tük gətir” dedikdə sədaqətini isbatlamaq üçün başın özünü gətirərlər.Çox güman ki, Allah-Təala aralarında olan yaxşıların hesabına digərlərinə dəymir.(İslaminsesi)