Tarix : 2012 Sep 19
Kod 32848

İslam Rəhbəri: Qərbin təzyiqlərinə baxmayaraq İranın gələcəyi parlaqdır

''Qərbin mənəfi təbliğatlarına baxmayaraq İran öz parlaq gələcəyinə doğru inkişafdadır''
/Aran Agentliyi

"Qərbin mənəfi təbliğatlarına baxmayaraq İran öz parlaq gələcəyinə doğru inkişafdadır"

HaqqYolu - İslam Respublikası heç bir super güclərə təslim olmayıb və həmişə super güclərin maraqlarının əksinə olmuş olsa da öz ölkəsinin və xalqının maraqlarını təmin edən qərarlar qəbul edib.

İslam İnqilabının Rəhbəri Ayətullah  Seyyid Əli Xamenei deyib ki, Qərbin mənəfi təbliğatlarına baxmayaraq İran öz parlaq gələcəyinə doğru inkişafdadır.

Çərşənbə axşamı günü ölkənin hərbi qüvvələri və onların ailə üzvləri ilə görüşən Ayətullah  Xamenei deyib: “Son 33 ildə İslami Oyanış sayəsində bizim əziz İranımız və böyük xalqımız öz parlaq gələcəyinə doğru inkişaf etməkdədir.”

İslam Rəhbəri həmçinin qeyd edərək bildirib ki, İran xalqı düşmənin ölkədəki vəziyyəti pisləşdirmək üçün apardığı çirkin təbliğata məhəl qoymayacaq.

O ABŞ-ı bəzi xalqlara qarşı təziqləri artırdığı üçün tənqid edib. İslam Rəhbəri deyib: “Halhazırda inqilab baş verən ölkələrin rəhbərləri ABŞ-ın təziqi ilə bəzi güzəştlərə getməyə məcbur olurlar, ancaq İslam Respublikası əksinə olaraq keçən 33 il ərzində olan təziqlər qarşısında dura bilib.”

Ayətullah Xamenei sözünə davam edərək bildirib ki, İslam Respublikası heç bir super güclərə təslim olmayıb və həmişə super güclərin maraqlarının əksinə olmuş olsa da öz ölkəsinin və xalqının maraqlarını təmin edən qərarlar qəbul edib.

İslamtimes

  • Yazılıb
  • da (də) 2012 Sep 19